Tramp Putinlə görüşdən niyə imtina etdi? - ŞOK SƏBƏBLƏR
"Moskva hazırda cəbhə xəttində döyüşləri dayandırmaqdan imtina etdiyi üçün ABŞ da bunun əsas problem olaraq qaldığını bildirir. Bu baxımdan ABŞ Prezidenti Donald Tramp deyir ki, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə üzbəüz danışıqlar planını dayandırdıqdan sonra "itirilmiş zaman", "boş yerə görüş" istəmir. Çünki hər nə qədər tələsik təşkil olunsa da, Alyaska görüşü ilə bağlı da Trampın ümidləri var idi ki, görüşdən hansısa konkret nəticələr hasil ola bilər. Lakin gözlənilənin əksinə bu sadəcə sıradan bir görüşdən başqa bir şey olmadı. Ağ Evin ikinci Tramp-Putin görüşü ilə bağlı planları dayandırmaq qərarı başqa bir oxşar ssenaridən qaçmaq cəhdi kimi qiymətləndirilə bilər".
Bu fikirləri KONKRET.az-a açıqlamasında siyasi elmlər üzrə fəlsəfə doktoru, politoloq Şəbnəm Həsənova səsləndirib:
"ABŞ və Rusiyanın sülh təklifləri arasında əsas fikir ayrılıqları bu həftə getdikcə daha aydın oldu. Bu baxımdan, görünür ki, sammit şansı tamamilə azaldı. Üstəlik, ABŞ dövlət katibi Marko Rubio ilə Rusiya xarici işlər naziri Sergey Lavrov arasında hazırlıq görüşü də bu həftə keçirilməli idi, o da olmadı. Ağ Ev istehza ilə iki diplomatın "məhsuldar" danışıq apardığını və görüşün artıq "lazım olmadığını" söylədi. Kremlin mətbuat katibi Dmitri Peskov isə Rusiyanın mövqeyinin ardıcıllığının dəyişmədiyini bildirir. Moskvanın israrı ondadır ki, Ukrayna qoşunları şərq rayonlarından tamamilə çıxarılmalıdır.
Bəzi mənbələr belə bir fikir və iddia irəli sürür ki, Tramp Zelenskini Rusiya ilə razılaşmanın bir hissəsi kimi Donbas kimi tanınan Donetsk və Luqanskın şərq bölgələrindəki geniş ərazilərdən imtinaya sövq edir. Zelenski isə hər zaman olduğu kimi bildirir ki, Ukrayna Donbasın hələ də əlində olan hissələrindən imtina edə bilməz, çünki Rusiyanın bu ərazidən sonradan növbəti hücumlar üçün tramplin kimi istifadə edə bilər. Hər halda Rusiyanın Ukrayna ilə bağlı dəyişməz mövqeyi Zelenskinin bu fikri söyləməsinə zəmin yaradır".
Politoloq qeyd edir ki, Rusiya isə bu məsələni "kökündən" həll etmək istəyir.
"Lavrovun Moskva yalnız uzunmüddətli, davamlı sülhdə maraqlı olduğunu bildirməsi də buna dəlalət edir. Məhz bu səbəbdən Lavrov münaqişənin "əsas səbəblərini" həll etmək lazım olduğunu bildirir. Rusiya Donbas üzərində Rusiyanın tam suverenliyinin tanınması, eləcə də Kiyev və onun avropalı tərəfdaşları üçün başlanğıc olmayan Ukraynanın demilitarizasiyasını ehtiva edən bir sıra maksimalist tələblər qaldırır.
Tramp əgər bildirirsə ki, görüş qeyri-müəyyən müddətə təxirə salınır, deməli, bir yanda Ukrayna-ABŞ-Avropa İttifaqı arasında fikir ayrılıqlarının qaldığı müddətdə, digər yanda Rusiya dəyişməz mövqeyi fonunda Ukraynanın güc və ideoloji baxımdan maksimum zəiflədilməsi prosesini hələ də aparır. Buna görədir ki, Rusiya nəinki sülhə, Alyaska görüşündə nümayiş etdirdiyi mövqe kimi heç danışıqlara belə ciddi yanaşmır".
Aynurə İsmayıl
KONKRET.az

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib