"Tramp seçilərsə, Ukraynaya yanaşmaya yenidən baxılacaq"
" class="imgbcode" />"Bayden xalqa izahatlar təqdim edəcəyinə söz verib və o zaman məlum olacaq ki, o, niyə ölkə prezidenti kimi xidmətini davam etdirə bilməyəcək".
KONKRET.az xəbər verir ki, bu sözləri danışıqlar üzrə mütəxəssis Artur Martirosyan deyib.
"Ola bilsin, daxili problemlər var, bəzi yarımçıq qalan məsələlər var ki, indi istefa verə bilmir.
"Trampın seçiləcəyi təqdirdə dünyada, o cümlədən bizim regionda nə dəyişə bilər" sualına Artur Martirosyan belə cavab verib. "Aydındır ki, Ukrayna müharibəsinin başlanğıcı, davamı və inkişafı tamamilə ABŞ-dan asılıdır. Əgər bir anda ABŞ Ukraynaya sponsorluq etməkdən imtina etsə və desə ki, bu, bizim müharibəmiz deyil, bax onda müharibə bitəcək, çünki Ukrayna tamamilə ABŞ-ın iradəsindən asılıdır. Aydındır ki, yeni bir lider gəlsəydi, bu müharibə olmamalı idi. O, görür ki, bu müharibə ABŞ-ın maraqlarına uyğun deyil. Bu o deməkdir ki, o, ABŞ-ın maraqlarını başqa cür görür və bu yanaşma demokratik və liberal-qlobalistlərin təsəvvür etdiyindən çox fərqlidir.
Tramp seçilsə belə, ABŞ dərhal kəskin dönüş yarada bilməyəcək. Yeni administrasiya deyə bilər ki, onlar yalnız müharibəni bitirir, ona sponsorluq etmir, amma hazırkı yanaşmaya yenidən baxılacaq. Əlbəttə, bütün bunlar isə Ukraynanın xeyrinə olmayacaq. Bu dəqiqdir".
Rəsmiyyə Şərifova,
KONKRET.az
Xidmetler [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi
Futbolçunu ölümü: bu oyunlar təxirə salındı
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
"Qalatasaray" "Ştutqart"a qarşı - Start heyətlər
Qazaxıstanın ən yaşlı qadınının sirri nədə idi?
Emre Belözoğlu "Fənərbağça"nın yeni baş məşqçisi oldu
Gecə saatlarında sürücünü bıçaqla təhdid edən sərnişin - Saxlanıldı