Tramp Xameneiyə son şans verdi: İran bunu etməsə sabah müharibə başlayacaq
Omanın paytaxtı Maskatda İranın xarici işlər naziri Abbas Araqçı, ABŞ prezidentinin Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Uitkoff və Cared Kuşner arasında danışıqlar keçiriləcək.
KONKRET.azxəbər verir ki, müzakirələrin əsas mövzuları İranın ballistik raket proqramı və Tehrana bağlı proksi qüvvələrin fəaliyyəti olsa da, İran yalnız uranın zənginləşdirilməsinin məhdudlaşdırılması məsələsi üzrə dialoqa hazır görünür.
Tehran əvvəl razılaşdırılmış formatı dəyişərək görüşün İstanbuldan Maskata köçürülməsini və Türkiyə, Misir, Səudiyyə Ərəbistanının prosesdən kənarda saxlanmasını tələb edib. Mənbələrə görə, məqsəd danışıqların gündəliyini daraltmaq və yalnız nüvə məsələsinə fokuslanmaqdır.
Vaşinqtonun mövqeyi sərt olaraq qalır. Tramp İran sahillərinə iri hərbi-dəniz qüvvələrinin göndərildiyini bildirib və diplomatiya nəticə verməzsə, hərbi variantın istisna edilmədiyini açıqlayıb.
Bu, ABŞ və İran arasında Omanın vasitəçiliyi ilə aparılan ilk danışıqlar deyil. 2025-ci ildə keçirilən əvvəlki görüşlər nəticəsiz qalıb və sonradan bölgədə gərginlik daha da artıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq