Trampa AĞIR ZƏRBƏ: Proses artıq başladı, Türkiyə bu əraziyə qoşun yeridəcək

Trampa AĞIR ZƏRBƏ: Proses artıq başladı, Türkiyə bu əraziyə qoşun yeridəcəkİkinci dəfə hakimiyyətə qayıdan ABŞ prezidenti Donald Tramp fərqli siyasət yürütmək niyyətindədir. Dünya nizamını dəyişməyə hesablanan bu siyasət əslində bir qədər təhlükəlidir. Amma ABŞ lideri yolundan dönmək fikrindən uzaqdır. Qrenlandiya, Kanada, Panamanın ardınca Trampın Qəzza ilə bağlı söylədikləri dünyada geniş əks-səda doğurub. Ekspertlər hesab edirlər ki, iki gün əvvəl Putinlə saat yarımlıq telefon danışığında bu məslələr də müzakirə olunub. Ümumiyyətlə, Trampın imperailist siyasəti dünyaya ağalıq etmək üçündür. Onsuz da dünyada söz sahibi olan ABŞ, bu siyasəti ilə nəyə nail olmaq istəyir?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran siyasi ekspert Əhəd Məmmədli bildirib ki, Donald Tramp özünü Yuli Sezar zənn edir:
Trampa AĞIR ZƏRBƏ: Proses artıq başladı, Türkiyə bu əraziyə qoşun yeridəcək"Hesab edir ki, rəhbəri olduğu dövləti də Roma imperiyası kimi idarə edəcək. Ona elə gəlir ki, fərqli xalqların taleyi ilə oynaya bilər. Gah Qəzzanı köçürür, gah da Ukraynanı bölür. Tipik imperialist siyasətdir və 21-ci əsrdə heç nə dəyişməyib. Dünya imperiyalara, müstəmləkələrə qayıdır. Amma bir məsələ var ki, 20-ci əsrin 2-ci yarısı və ya 21-ci əsrin əvvəlində olduğu kimi ABŞ dünyanın bir nömrəli derjavasıdır. Amma indi istədiyini edə bilməz. Qəzza əhalisini köçürtmək istəsə də, buna nail olmaq asan deyil. Qəzza camaatı tarix boyu düşmənlərlə mübarizə aparıb. Onların müqaviməti heç zaman sınmayıb. Əksinə onlara qarşı soyqırımı aparan dövlət sonda məcbur qalaraq danışığa getdi. İsrailin edə bilmədiyini indi Tramp həyata keçirtmək istəyir. Çox güman ki, bunu bacarmayacaqlar. Çünki qəzzalılar heç vaxt ərazilərini tərk etməyəcəklər. Axırıncı nəfərə qədər döyüşəcəklər".
Politoloq əlavə edib ki, müsəlman dünyası son 100 ildə özünə gəlib. İtirdiyi mövqeləri yavaş-yavaş özünə qaytarmağa çalışır:
"Bu prosesin başında Türkiyə dayanır və Ankara mövqe ortaya qoyub. Hətta Türkiyə parlamentində keçmiş xarici işlər naziri Davudoğlu maraqlı bir mesaj da verib. Bildirib ki, Qəzza vaxtilə Osmanlının ərazisi olub və Fələstin dövləti qurulana qədər Qəzzanın Türkiyəyə verilməsini təklif edib. Bu proses artıq başlayıb. Çox güman ki, Qəzza zolağında Türkiyə qoşunları yerləşəcək. Proseslər buna doğru gedir. Putinə gəlincə, Rusiya bu məsələyə pis baxa bilər. Amma Putin özü də imperialistidir. Trampdan heç nəylə fərqlənmir. Tramp Qəzzanı işğal etməklə məşğuldursa, Putin də Ukraynanı dağıdır".
Vəli Həsənoğlu,
KONKRET.az

Siyasi       Tarix: 14 fevral 2025
f Paylaş

Oxşar xəbərlər

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə


yeni xeberler azerbaycan xeberleri son xeberler kriminal bugun bu gunun xeberleri maşın realiti şou az xeber