Trampa qarşı sui-qəsdlər quramadır? - ŞƏRH

Trampa qarşı sui-qəsdlər quramadır? - ŞƏRHXəbər verdiyimiz kimi, ABŞ prezidentliyinə namizəd Donald Trampa qarşı ikinci dəfə sui-qəsd cəhdi olub. Daha əvvəl, iyulun 13-də sabiq prezidentə mitinq zamanı atəş açılmış və Tramp qulağından yaralanmışdı. Bəzi Qərb analtikləri isə sui-qəsdin qurama olduğunu və Tramp bu yolla öz reytinqini qaldırmaq istədiyini iddia edirlər.
Maraqlıdır, Respublikaçılar partiyasının namizədinin bu addımı atması nə dərəcədə realdır?
Mövzu ilə bağlı KONKRET.az-a danışan Sosial Tədqiqatlar Mərkəzinin baş məsləhətçisi, siyasi şərhçi Şəhla Cəlilzadə Trampın ABŞ siyasi həyatında ciddi fiqur olduğunu xatırladıb:
"Donald Tramp ABŞ siyasi həyatının ən dinamik fiqurlarındadır. O, prezident olduğu dövrdə həm daxili, həm də xarici siyasətdəki baxışları ilə ciddi polemikalar doğurub. Bu polemikaların arxasında yatan ciddi maraq toqquşmasının nəticəsidir ki, sözügedən şəxs ikinci dəfədir ki, sui-qəsdə məruz qalır. Belə ki, iyulun 13-də sabiq prezidentə qarşı oxşar hadisə baş vermiş və bu, dünyanın aparıcı media orqanlarında manşet olmuşdu. Maraqlıdır ki, bu sui-qəsddən əvvəl ABŞ-də keçirilən ictimai rəy sorğusunda seçicilərin əksəriyyəti, yəni 43 %-i Trampın yenidən prezident kimi görmək istədiklərini bəyan etmişdi. Bir sıra dairələr bu hadisəni onun seçki nəticələrini öz xeyrinə dəyişmək məqsədilə planladığını iddia edir. Tramp 2 dəfə – 2019 və 2021-ci illərdə impiçmentə məruz qalan prezidentdir. Lakin hər ikisində iddiaçı şəxslər istəklərinə nail ola bilməmişdi".
Ekspert bildirib ki, qlobal erməni şəbəkəsinin Trampa qarşı yenidən təzyiqi arta bilər:
"Tramp dəfələrlə ABŞ-də seçki saxtalarlığı olduğunu dilə gətirmişdi. Göründüyü kimi, demokratik dəyərlərin öndəri hesab edilən ölkənin prezidenti seçkilərin saxtalaşdırılmasıdan danışırdı. Ümumiyyətlə, onun Rusiya və Çinə baxışı, qlobal geosiyasi proseslərə dair mövqeyi, o cümlədən Cənubi Qafqaza dair siyasəti və Azərbaycana dəstəyi hazırki hakim partiyanın siyasətindən xeyri fərqlənir. Onun yenidən prezident olacağı təqdirdə Trampa qarşı erməni şəbəkəsinin hücumu güclənəcək".
Məlik Məlikov,
KONKRET.az

Siyasi       Tarix: 16 sentyabr 2024
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun

İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq hüququ məsələsi yenidən gündəmə gəlib. Bir qrup Azərbaycan QHT nümayəndəsi İran Prezidenti Məsud Pezeşkiana müraciət edərək ölkədə yaşayan milyonlarla azərbaycanlını

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

TƏCİLİ! Trampdan İlham Əliyevə XÜSUSİ DƏVƏT

ABŞ Prezidenti Donald Tramp Azərbaycan Prezidenti İlham Əliyevi Mayamidə keçiriləcək G20 sammitinə dəvət edib. KONKRET.azxəbər verir ki, bu barədə "Operativ Media" məlumat yayıb. Qeyd edək ki, Mayamidə G20 sammit

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs


azerbaycan xeberleri son xeberler yeni xeberler enson xeberler xeber siyaseti xeberler bugun bugun xeberler