"Trampdan İranla bağlı gözlənilməz BƏYANAT: "Hələ vaxtı deyil, amma..."

ABŞ Prezidenti Donald Tramp İranla bağlı hərbi əməliyyatların hələlik dayandırılmasının vaxtı olmadığını bildirib.
KONKRET.az xəbər verir ki, bu barədə o, CBS News telekanalına müsahibəsində danışıb.
Tramp qeyd edib ki, ABŞ və İsrailin İrana qarşı həyata keçirdiyi əməliyyatlar davam etməlidir. Bununla yanaşı, o, digər ölkələrin prosesə qoşulmamasından narazılığını ifadə edib: "Mən məyusam ki, digər dövlətlər bu müharibəyə qoşulmaq üçün hərbi qüvvə göndərmədilər. Amma ABŞ-ın bu mübarizədən geri çəkilməyə hələ hazır deyiləm".
ABŞ prezidenti əlavə edib ki, gələcəkdə qoşunların çıxarılması mümkündür, lakin bunun üçün uyğun vaxt yetişməlidir: "Nə vaxtsa buna gedəcəyəm, amma indi yox".
Bundan əvvəl The Wall Street Journal nəşri yazıb ki, Tramp administrasiyadakı köməkçilərinə hərbi kampaniyanın dayandırılmasına hazır olduğunu bildirib. Məlumata görə, bu qərar hətta Hörmüz boğazı tam açıq qalmasa belə nəzərdən keçirilə bilər.
Qeyd olunur ki, Vaşinqtonun əsas məqsədi İranın hərbi-dəniz qüvvələrinin və raket potensialının məhdudlaşdırılmasıdır. ABŞ bu hədəflərə çatdıqdan sonra hərbi əməliyyatları azaltmaq və paralel şəkildə Tehrana diplomatik təzyiqləri artırmaq niyyətindədir.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 01 aprel 2026
f Paylaş

Oxşar xəbərlər

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bugun sonxəbərlər en son xeberler bu gun krminal bu gun