Trampdan İranla bağlı ŞOK ANONS: "Davam edəcəyik..."
ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməsinə heç bir halda imkan verməyəcəklərini bəyan edib.
KONKRET.az xəbər verir ki, bu barədə ABŞ lideri Ağ Evdəki çıxışı zamanı bildirib. O, Vaşinqtonun qarşısında duran əsas hədəfin İranın nüvə potensialının qarşısını almaq olduğunu vurğulayıb.
"Biz nail olduğumuz razılaşmalara onların əməl etməsini tələb edirik. Lakin dəqiq bir məqam var: onların nüvə silahı olmayacaq. Biz zənginləşdirilmiş nüvə materialını əldə edəcəyik", – deyə Tramp qeyd edib.
ABŞ Prezidenti qarşıya qoyulan məqsədə çatmaq üçün qətiyyətli olduqlarını ifadə edib: "Biz ya onlarla razılaşma bağlayacağıq, ya da işi axıra çatdıracağıq. Bunu etmək bizim üçün çətin olmayacaq".
Tramp həmçinin hazırkı neft qiymətlərinin müharibə öncəsi səviyyədən belə aşağı olduğunu xatırladaraq, ABŞ-ın bu prosesdə üstün mövqedə dayandığını eyham edib.
Natiq Səlim,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK