Trampdan SENSASİYA: "Bir ilə Üçüncü Dünya Müharibəsi baş verəcək"
"Rusiyanın Ukrayna danışıqlarında çox güclü "kozırları" var".
KONKRET.az xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.
Tramp bildirib ki, Rusiya mühüm ərazilərə nəzarət edir.
"Düşünürəm ki, ruslar müharibəni bitirmək istəyirlər. Amma onların kozırları var, çünki çoxlu əraziləri ələ keçiriblər, ona görə də üstünlüyə malikdirlər. Ukrayna münaqişəsi bir il ərzində həll oluna bilər, əks halda Üçüncü Dünya Müharibəsi baş verəcək. Hakimiyyət nadir torpaq metalları üzrə Ukrayna ilə sövdələşməni canlandıracaq. Ancaq Ukrayna hakimiyyəti sövdələşmədən imtina edərək, ABŞ-ın maliyyə naziri Skott Bessent Kiyevdə olarkən ona kobud davranıb", – Tramp vurğulayıb.
Amerika lideri daha əvvəl bildirib ki, Birləşmiş Ştatlar Ukraynaya Avropadan 200 milyard dollar çox yardım edib, lakin bu vəsaitlərin qaytarılması mexanizmi işlənib hazırlanmayıb. Bu baxımdan prezident Kiyevdən yatırılan pul ekvivalentində nadir torpaq metalları almaq istəyir.
Müşviq Tofiqoğlu
KONKRET.az

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı