Trampın Ankarada təhlükəsizliyi üçün bu tədbirlər görüldü - Fotolar
ABŞ Prezidenti Donald Trampın NATO sammitində iştirak etmək üçün Ankaraya səfəri ilə bağlı yüksək təhlükəsizlik tədbirləri görülüb.
KONKRET.azTürkiyə mətbuatına istinadən xəbər verir ki, dövlət başçısının qalacağı hotel onun özü və təxminən 1000 nəfərlik komandası üçün bağlanıb.
Trampın 190 kvadratmetrlik prezident otağında qalacağı bildirilir. Otağın pəncərələri gülləkeçirməz, divarları ballistik raket zərbəsinə davamlıdır. Hoteli ABŞ-nin Məxfi Xidməti qoruyacaq.
D.Trampın Ankarada olacağı müddətdə hərəkət edəcəyi marşrutlar ciddi nəzarət altında olacaq. Dövlət başçısı Türkiyədə ABŞ-nin Məxfi Xidmətinin təhlükəsizlik standartlarına uyğun olaraq xüsusi istehsal edilən "The Beast" avtomobilində hərəkət edəcək. Avtomobil ağır zirehi, gülləkeçirməz şüşələri və xüsusi təhlükəsizlik sistemləri ilə diqqət çəkir. Ehtimal olunan hücumlara qarşı ən yüksək səviyyədə qorumanı təmin edəcək şəkildə layihələndirilən avtomobil dünyanın ən çox qorunan xidməti avtomobilləri sırasında yer alır.
Təxminən 1,5 milyon dollar dəyərindəki prezident avtomobili təhlükəsizlik məqsədilə bir-birinə bənzəyən çoxsaylı zirehli avtomobillər karvanında hərəkət edəcək.



Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK