Trampın İrandakı əsas hədəfi onlardır - Gizli SSENARİ

Trampın İrandakı əsas hədəfi onlardır - Gizli SSENARİABŞ-ın İrana qarşı mümkün genişmiqyaslı hərbi əməliyyatı halında İran Silahlı Qüvvələrinin elit qurumu olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH/KŞİK) rəhbərliyi əsas hədəflərdən biri ola bilər.
KONKRET.az xəbər verir ki, Vaşinqton administrasiyası diplomatik səylərin və ya məhdud zərbələrin İranı nüvə proqramını dayandırmağa məcbur etməyəcəyi təqdirdə belə bir ssenarini nəzərdən keçirir. Kanalın məlumatına görə, genişmiqyaslı əməliyyat əsas hərbi və dövlət obyektlərinə, o cümlədən KŞİK rəhbərliyinə qarşı eyni vaxtda həyata keçirilən silsilə zərbələri əhatə edə bilər.
NBC telekanalı isə öz mənbələrinə istinadla bildirir ki, ABŞ mümkün hücum planlaşdırılarkən Tehranın cavab tədbirlərini də nəzərə alır. Vaşinqtonda hesab edirlər ki, İran hələ də "əhəmiyyətli atəş gücünə" malikdir və onun mümkün cavab addımları ABŞ və müttəfiqlərinin regiondakı maraqlarına ciddi zərər vura bilər.
Eyni zamanda, belə bir qarşıdurmanın uzunmüddətli münaqişəyə çevrilə biləcəyi istisna edilmir.
Financial Times qəzeti İsrail kəşfiyyatına istinadən yazır ki, ABŞ-ın mövcud hərbi potensialı İrana qarşı intensiv zərbələri təxminən 4–5 gün davam etdirməyə kifayət edə bilər. Daha az intensiv əməliyyatlar halında isə, USS "Gerald R. Ford" aviadaşıyıcısının Yaxın Şərqə yönləndirilməsi nəzərə alınmaqla, imkanların təxminən bir həftəlik yetərli ola biləcəyi qeyd olunur.
Nəşr həmçinin vurğulayır ki, mümkün münaqişənin başlanması ABŞ ordusunun şəxsi heyəti arasında itkilərə səbəb ola bilər ki, bu da ölkə daxilində, xüsusilə MAGA (Make America Great Again) elektoratı arasında siyasi təsir doğura bilər.
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 25 fevral 2026
f Paylaş

Oxşar xəbərlər

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Ceyhun Bayramov Hakan Fidanla görüşdü

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Ankarada Türk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak edir. Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb. Ceyhun Bayramov

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsind

Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI

Böyük Britaniya hökuməti Ukraynaya qarşı ölkə tarixində misli görünməmiş miqyasda – ümumilikdə 10 milyard funt sterlinq (təxminən 12 milyard avro) dəyərində yeni nəhəng maliyyə, iqtisadi və hərbi dəstək paketinin ayrıldığın

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Müxalifət Netanyahunu ittiham etdi: "Günahkardır"

İsrail müxalifətinin lideri Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunu parlament seçkilərinin yekun nəticələrinin açıqlanmasını xarici müdaxilə ilə bağlı araşdırmanı bəhanə edərək gecikdirməyə çalışmaqda günahlandırıb

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən görüntülər kriminal son xeber.az