Trampın NATO qərarında Türkiyə iddiası: İsraillə qarşıdurma olacaq?

Trampın NATO qərarında Türkiyə iddiası: İsraillə qarşıdurma olacaq?ABŞ Milli Terrorla Mübarizə Mərkəzinin sabiq rəhbəri Cozef Kentin NATO ilə bağlı açıqlaması diqqət çəkib. Kentin sözlərinə görə, ölkənin Alyansdan ayrılmaq istəyinin arxasında duran əsl səbəb Türkiyə ilə İsrail arasında yarana biləcək mümkün gərginlikdə Vaşinqtonun Təl-Əvivin tərəfində yer almaq niyyətidir.
KONKRET.azxəbər verir ki, sabiq rəhbərin açıqlaması maraqlıdır, lakin bu kimi iddialar ABŞ siyasətinin real istiqamətini əks etdirmir. Ümumiyyətlə, ABŞ-ın xarici siyasəti bir nəfərin baxışına əsasən deyil, çoxsaylı institutların, maraqların və uzunmüddətli strategiyaların qarşılıqlı təsiri ilə formalaşır. Əgər məsələyə geosiyasi prizmadan baxsaq, NATO ABŞ üçün sadəcə hərbi ittifaq deyil, həm də qlobal təsir alətidir. ABŞ-ın NATO-dan çıxmasına dair iddialar səslənə bilər, lakin bu addımın reallaşması üçün çox ciddi struktur dəyişiklikləri və siyasi konsensus lazımdır.
Düzdür, son zamanlar Prezident Donald Tramp NATO-nu sərt tənqid edir, hətta Vaşinqtonun Alyansı tərk edəcəyini deyir. Lakin aydın məsələdir ki, Trampın bu tip açıqlamaları daha çox siyasi təzyiq məqsədi daşıyır. O, tələblərinin və ABŞ-ın maraqları kontekstində irəli sürdüyü istəklərinin yerinə yetirilməsi üçün alyans ölkələrinin geri addım atacağını düşünür.
Türkiyə-İsrail əlaqələrinə gəldikdə isə, iki ölkə arasında münasibətlər tarixən dalğalı olub. Vaşinqtonun İsraili dəstəkləməsi sirr deyil, amma bu, Türkiyəni tam şəkildə qarşı tərəfə itələmək bahasına ediləcək qədər sərt və birmənalı xətt kimi görülmür. Türkiyə NATO üzvüdür və ABŞ üçün həm hərbi, həm də coğrafi baxımdan əhəmiyyətlidir. Vaşinqton bu günə qədər hər iki ölkə ilə strateji tərəfdaşlıq münasibətləri saxlayıb, hətta bu cür gərginliklərdə balans siyasəti aparıb.
ABŞ-ın konkret bir regional gərginliyə görə NATO-nu tərk etməsi qeyri-real bir versiyadır. Bu gün ABŞ-da bəzi siyasətçilər NATO-nun ölkə üçün "çox baha başa gəldiyini" deyir, bəziləri isə əksinə, onu Vaşinqtonun qlobal liderliyinin əsas sütunu kimi görür. Yəni bu məsələ çoxşaxəlidir və təkcə Yaxın Şərqdəki bir potensial ssenari ilə izah edilə bilməz./globalinfoaz

Siyasi       Tarix: 11 aprel 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan XİN Atatürkün anım günü ilə bağlı paylaşım edib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyə dövlətinin qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə bağlı paylaşım edib. xəbər verir ki, paylaşımda deyilir:. "Bu gün Türkiyə Respublikasının banisi, görkəmli dövlət xadim

DİN: 6 ildir Zəfərin Qüruru ilə yaşayırıq

Daxili İşlər Nazirliyi Zəfər Günü ilə bağlı təbrik paylaşıb. -un verdiyi xəbərə əsasən, təbrikdə deyilir:. "6 il əvvəl işğaldan azad olunmuş torpaqlarda tarixin ən şərəfli səhifəsi yazıldı. 44 günlük Zəfər yürüşünd

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Ərdoğan sabah Qarabağa gəlir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sabah Azərbaycana səfər edəcək. Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Burhanəddin Duran məluma

Baku TV': Azərbaycan COP31-də yaşıl enerji hədəflərini nümayiş etdirir

Azərbaycan COP31 çərçivəsində iqlim siyasəti və ekoloji təşəbbüsləri ilə yanaşı, milli dəyərləri, mədəniyyət və yaşıl enerji hədəflərini də təqdim edir. xəbər verir ki, bu barədə "Baku TV"nin hazırladığı süjetd

Şoyqu: Kiyev uzunmüddətli sülh gətirəcək həll yollarını müzakirə etməyə hazır deyil

Kiyev uzunmüddətli sülh gətirəcək həll yollarını müzakirə etməyə hazır deyil. Bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu MDB ölkələri Təhlükəsizlik Şuraları katiblərinin iclasında bildirib. Onun sözlərinə görə

Əbu-Dabidə hansı razılaşma əldə olunacaq? – Ekspertdən mühüm açıqlama

ABŞ-nin vasitəçiliyi ilə Rusiya və Ukrayna nümayəndə heyətlərinin noyabrın 10-11-də Əbu-Dabidə keçirəcəyi danışıqlar müharibənin dayandırılması istiqamətində növbəti mühüm diplomatik addım kimi qiymətləndirilir. Fevral ayında

Bolşeviklərin vədləri və reallıq: İnqilab xalqı necə məhv etdi

1917-ci ilin Fevral inqilabı zamanı bolşeviklər partiyasının sıralarında cəmi 24 min nəfər var idi. Lakin cəmi altı ay sonra, həmin ilin oktyabrında onların sayı təxminən 350 min nəfərə çatmışdı. Bu, Rusiya imperiyasını

Rusiya bu ölkəyə qarşı da hərəkətə keçir - NATO müharibəyə qoşulur?

Finlyandiya Quru Qoşunlarının komandanı general-leytenant Passi Vəliməki "Bloomberg" agentliyinə açıqlamasında ölkəsinin Rusiya ilə sərhəddə tank əleyhinə xəndəklər və maneələrdən ibarət müdafiə xətti inşa etməy


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxəbər en son xəbərlər bugün sosial yardim valyuta mezennesi 2026