TRIPP proqramı ABŞ-ın prioritetlərindən biri olaraq qalır - Dövlət Departamenti

TRIPP proqramı ABŞ-ın prioritetlərindən biri olaraq qalır - Dövlət Departamenti"Tramp administrasiyası beynəlxalq sülh və rifah üçün Tramp marşrutu (TRIPP) layihəsini həyata keçirməyə sadiqdir".
azxeber.com xəbər verir ko, bunu ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi "Armenpress"in sorğusuna cavab olaraq bildirib.
"TRIPP Cənubi Qafqazda və ondan kənarda sülh və rifahı təşviq etmək potensialına görə ABŞ-ın prioritetlərindən biri olaraq qalır. Tramp administrasiyası TRIPP-i gerçəkləşdirməyə sadiqdir", - Dövlət Departamentinin rəsmisi qeyd edib.
O, həmçinin xatırladıb ki, layihə Ermənistanın suverenliyinə, ərazi bütövlüyünə və yurisdiksiyasına hörmətlə yanaşılmaqla və Ermənistan üçün qarşılıqlı fayda təmin etməklə Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək multimodal nəqliyyat mərkəzinin yaradılmasını nəzərdə tutur.
"TRIPP regionda problemsiz beynəlxalq və daxili əlaqəni təmin edəcək, iqtisadi artım və artan rifah üçün imkanları genişləndirəcək", - diplomat vurğulayıb.
Onun sözlərinə görə, Azərbaycan Naxçıvanla əlaqə quracaq, Ermənistan isə regional əlaqənin yaxşılaşmasından faydalanacaq. Bu isə öz növbəsində Cənubi Qafqazın iqtisadi potensialını açacaq, eyni zamanda Ermənistanın suverenliyini, ərazi bütövlüyünü və yurisdiksiyasını qoruyub saxlayacaq.
Departament rəsmisi onu da bildirib ki, Ermənistan TRIPP təşəbbüsünü həyata keçirmək üçün ABŞ və qarşılıqlı seçilmiş üçüncü tərəflərlə əməkdaşlıq edir.
"TRIPP və onunla əlaqəli proqramların başlanmasını asanlaşdırmaq üçün ABŞ regional sabitliyə və iqtisadi artıma yol açacaq 145 milyon dollarlıq ilkin öhdəlik götürüb. Bu vəsaitlər Ermənistanda ticarət, infrastruktur və sərhəd təhlükəsizliyinə investisiyaları dəstəkləyəcək və regional əlaqəni genişləndirəcək", - Departament rəsmisi əlavə edib.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp da TRIPP layihəsinin dünyanın iqtisadi cəhətdən ən vacib yerlərindən bəzilərindən keçəcəyini, Xəzər dənizi üzərindən ticarət fəaliyyətini stimullaşdıracağını və Mərkəzi Asiya ölkələrinə kömək edəcəyini bildirib.
"TRIPP-in əsas məqsədləri Ermənistan və Azərbaycanın rifahını və təhlükəsizliyini gücləndirmək, regional ticarət və əlaqənin inkişafı yolu ilə ABŞ-ın ticarət imkanlarını genişləndirmək və Mərkəzi Asiya və Xəzər regionundan Avropaya yeni tranzit yolları yaratmaqdır", - Dövlət Departamentinin rəsmisi əlavə edib.

Siyasi       Tarix: 12 aprel 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Müxalifət Netanyahunu ittiham etdi: "Günahkardır"

İsrail müxalifətinin lideri Qadi Ayzenkot Baş nazir Benyamin Netanyahunu parlament seçkilərinin yekun nəticələrinin açıqlanmasını xarici müdaxilə ilə bağlı araşdırmanı bəhanə edərək gecikdirməyə çalışmaqda günahlandırıb

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək

Milli Məclis 8 noyabr – Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək. Bununla bağlı məsələ parlamentin 3 noyabrda keçiriləcək iclasının gündəliyinə daxil edilib. /

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Beynəlxalq axtarışda olan şəxs Çində tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Çin Xalq Respublikasında (ÇXR) müəyyən edilən daha bir şəxsin oktyabrın 28-də nazirlik tərəfindən Azərbaycana ekstradisiyası həyat

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad


yeni xeberler azerbaycan xeberleri son xeberler sosial yardim cəbhədən son dəqiqə maşın realiti şou xeber