"Truth Social"-da yeni xidmət: Trampın paylaşımlarına erkən çıxış imkanı yaradılır
ABŞ Prezidenti Donald Trampın media şirkəti "Trump Media" treyderlər və institusional investorlar üçün yeni pullu xidmət istifadəyə verməyə hazırlaşır.
KONKRET.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" məlumat yayıb.
Məlumata görə, yeni xidmət istifadəçilərə Donald Trampın "Truth Social" sosial şəbəkəsində etdiyi paylaşımlara ictimaiyyətə açıq elan edilməzdən əvvəl ani çıxış imkanı yaradacaq. Platformanın avqust ayında istifadəyə verilməsi planlaşdırılır.
Şirkət hesab edir ki, ABŞ prezidentinin açıqlamaları tez-tez maliyyə bazarlarında ciddi qiymət dəyişikliklərinə səbəb olduğundan, məlumatlara daha erkən çıxış treyderlər üçün mühüm üstünlük yarada bilər.
Nəşrin yazdığına görə, Trampın sosial şəbəkədəki paylaşımları indiyədək dəfələrlə fond və maliyyə bazarlarında kəskin dalğalanmalara səbəb olub. Bu isə bəzi investorlara böyük qazanc, digərlərinə isə ciddi maliyyə itkiləri gətirib.
Yeni xidmət əsasən yüksək tezlikli ticarət (high-frequency trading) sahəsində fəaliyyət göstərən şirkətlər və peşəkar bazar iştirakçıları üçün nəzərdə tutulub. Bəzi potensial müştərilər artıq xidmət üçün əvvəlcədən qeydiyyatdan keçiblər, lakin platformanın rəsmi istifadəyə verilməsi avqust ayında baş tutacaq.
Müşviq Tofiqoğlu
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir