Tural Gəncəliyev: "Həmsədrlərlə Türkiyə XİN başçısının görüş keçirməsində təəccüblü bir şey yoxdur

Tural Gəncəliyev: "Həmsədrlərlə Türkiyə XİN başçısının görüş keçirməsində təəccüblü bir şey yoxdurTural Gəncəliyev: "Həmsədrlərlə Türkiyə XİN başçısının görüş keçirməsində təəccüblü bir şey yoxdur"
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri Tural Gəncəliyev Türkiyənin Xarici İşlər naziri ilə ATƏT-in Minsk Qrupunun həmsədrləri arasında keçirilmiş görüşdən sonra Ermənistan siyasi dairələrində yaranmış təşvişə münasibət bildirib.
İcmadan verilən məlumata görə, T.Gəncəliyev bildirib ki, bir neçə gün əvvəl Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankarada ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşüb. 
"Görüşdə Türkiyə XİN-in rəhbəri Minsk Qrupunu Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı daha fəal işləməyə çağırıb. Mövlud Çavuşoğlu "bu həll Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olmalıdır" fikrini bəyan edib.
Bu görüşdən sonra Ermənistanın siyasi dairələri bir sıra anlaşılmaz bəyanatlar səsləndirərək, Türkiyə XİN rəhbərinin həmsədrlərlə görüşünə neqativ münasibət sərgiləyiblər.
Mən, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin seçilmiş nümayəndəsi olaraq bəyan edirəm ki, Türkiyə ATƏT-in Minsk Qrupunun üzvlərindən biridir və həmsədrlərlə bu ölkənin Xarici İşlər nazirinin görüş keçirməsində təəccüblü bir şey yoxdur.
Digər tərəfdən, Türkiyə istər beynəlxalq səviyyədə, istərsə regionumuzda təhlükəsizliyə və tərəqqiyə töhfə verən bir ölkə kimi mövcud olan münaqişələrin həllində maraqlıdır.  
Ermənistan siyasi dairələrində sözügedən görüşdən sonra yaranmış təşviş, əslində, onların Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olmadığını və işğalçı siyasətinin davam etdirilməsinə çalışmalarını göstərir.    
Təcavüzkar Ermənistanın siyasi dairələrinin qeyri-konstruktiv mövqeyi münaqişənin tənzimlənməsi, Ermənistanın işğalına son qoyulması və regionda sülhə nail olunmasına qarşı yönəlib.
Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin seçilmiş nümayəndəsi olaraq bir daha bəyan edirəm ki, iki icmanın sülh şəraitində birgə yaşayışına yeganə maneə Ermənistan qoşunlarının bizim ərazilərimizdə mövcudluğudur.
İşğalçı qoşunlar oradan çıxarıldıqdan və azərbaycanlı əhali öz torpaqlarına qayıtdıqdan sonra, Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni icması ilə Azərbaycanın beynəlxalq tanınmış sərhədləri çərçivəsində birgə mövcudluğumuz üçün heç bir problem qalmayacaq", - deyə T.Gəncəliyev qeyd edib. /oxu.az

Siyasi       Tarix: 05 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Kamran Əliyev: "Vətəndaşların pozulmuş hüquqları bərpa edilir

"Əməkdaşlarımız və digər istintaq orqanları tərəfindən dövlətə vurulmuş ziyanın bərpa edilməsi istiqamətində kifayət qədər iş görülüb". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbayca

Türkiyədə Azərbaycana qarşı kampaniyanın səbəbi nədir? – Cavanşir Abbaslıdan AÇIQLAMA

Son günlər Türkiyə mediasında Azərbaycan əleyhinə müxtəlif yazı və fikirlərin yayılması iki ölkə arasındakı münasibətlər fonunda diqqət çəkib. Bəzi dairələrin bu mövqedən Azərbaycan-Türkiyə əlaqələrinə təsir göstərməyə çalışdığ

Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi

Milli Məclis 27 sentyabr – Anım Günü ilə əlaqədar Bəyanat qəbul edib. xəbər verir ki, Bəyanatda deyilir:. "Azərbaycan dövlətimizin ərazi bütövlüyünü təsdiqləyən və işğal altında olan torpaqlaerın azad olunmasını tələ

Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

"Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi və milli təhlükəsizliyin təmin edilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir". Bu fikir Prezident İlham Əliyevin "ADEX 2026" 6-c

Netanyahu onlardan milyonluq təzminat tələb edir

İsrailin baş naziri Benyamin Netanyahu bir neçə yerli KİV və tanınmış jurnalistlərə qarşı məhkəmə iddiası qaldırıb. xəbər verir ki, bu barədə "Likud" partiyası məlumat yayıb. İskə səbəb həmin media qurumlarını

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti

Hörmüz boğazında neft tankerlərinə hücum edilib

Sentyabrın 29-da Hörmüz boğazından Liberiya bayrağı altında keçən üç neft tankerinə naməlum qüvvələr tərəfindən mərmilərlə zərbə endirilib. xəbər verir ki, bu barədə "Marisks" gəmiçilik analitikası xidmətinə istinadl

AQEM regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən unikal dialoq platformasıdır

"Asiya qitəsinin 90 faizini əhatə edən və 28 üzv dövləti bir araya gətirən Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə regionda sülhə, təhlükəsizliyə və sabitliyə töhfə verən, dayanıqlı inkişafı təşvi

Qalibaf: İrana neft satmağa mane olunarsa, regionda başqa heç bir ölkə neft sata bilməyəcək

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf İranın regionda neft satışına mane olunacağı təqdirdə digər ölkələrin də həmin regionda neft sata bilməyəcəyini bildirib. KONKRET.azapa-ya istinadən xəbər verir ki, "Mehr"


son xeberler yeni xeberler azerbaycan xeberleri son xeber 2026 sonxeber az son xeberler bugun 2026 canli valyuta məzənnələri