"Turan Tovuz" "Araz-Naxçıvan"la heç-heçə etdi

Misli Premyer Liqasının V turunda "Turan Tovuz" "Araz-Naxçıvan"la üz-üzə gəlib.
KONKRET.azxəbər verir ki, Şamaxı şəhər stadionunda keçirilən oyun 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.
Görüşdə hesabı Naxçıvan təmsilçisi açıb. Emmanuel Hakmanın 7-ci dəqiqədə vurduğu avtoqol "Araz-Naxçıvan"ı hesabda irəli çıxarıb.
Kurban Berdıyevin rəhbərlik etdiyi kollektiv ikinci hissənin 51-ci dəqiqəsində İbrahima Vadji ilə "status kvo"nu bərpa edib. 75-ci dəqiqədə isə Jo Batista "Turan Tovuz"u hesabda önə keçirib.
Matçda yekun nəticəni isə "Araz-Naxçıvan"ın üzvü Ağadadaş Salyanski müəyyənləşdirib. Futbolçu 86-cı dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib.
8 xalı olan "Turan Tovuz" turnir cədvəlində beşincidir. "Araz-Naxçıvan" isə 2 xalla 11-ci sırada qərarlaşıb.
Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Neftçi" "İmişli"ni (3:2), "Kəpəz" "Qəbələ"ni (1:0) məğlub edib. "Sumqayıt" – "Şamaxı" matçında isə (1:1) qalib müəyyənləşməyib.

İdman       Tarix: 13 sentyabr 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Ayxan Abbasov: "Günahkar axtarmayacağıq, məsuliyyət məndədir"

Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Lixtenşteynlə oyundakı nəticəyə görə məsuliyyəti öz üzərinə götürüb. report-a istinadən xəbər verir ki, mütəxəssis bu barədə mətbuat konfransında deyib. O, Bakıda Lixtenştey

Cüdoçumuz dünya üçüncüsü oldu

Azərbaycan cüdoçusu Ömər Rəcəbli Bakıda keçirilən dünya çempionatında üçüncülük görüşünə çıxıb. xəbər verir ki, o, bürünc medal uğrunda qazaxıstanlı Abilayxan Zubanazar ilə qarşılaşıb. İdmançımız görüşdə ipponla qalib gələrə

"Oyun bir qədər çirkin alındı" - Dambrauskas

Bu gün Misli Premyer Liqasının VII turu çərçivəsində keçirilən "Neftçi" -"Sabah" matçı qolsuz bərabərliklə başa çatıb. xəbər verir ki, "Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Neftçi"

Tarixin ən yaxşı futbolçusu mənəm, nöqtə - Ronaldo

Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun və Portuqaliya millisinin hücumçusu Kristiano Ronaldo özünü futbol tarixinin ən yaxşı oyunçusu hesab edir. -a istinadla xəbər verir ki, 41 yaşlı futbolçu "CNN Portugal"

Kokauri gümüş medal qazandı

Azərbaycan cüdoçusu Uşanqi Kokauri Bakıda keçirilən cüdo üzrə dünya çempionatında final görüşünə çıxıb. xəbər verir ki, o, +100 kq çəki dərəcəsində İnal Tasoevlə üz-üzə gəlib. İdmançımız bu görüşdə məğlub olaraq gümüşlə kifayətləni

Messi millidə son oyununu keçirdi

Argentina millisinin əfsanəsi Lionel Messi yığmadakı karyerasını başa vurub. apa-ya istinadən xəbər verir ki, 39 yaşlı futbolçu milli komandada son matçını Beninə qarşı keçirib. Matç Argentinanın 3:0 hesablı qələbəsiylə baş

Messinin vida matçının tarixi açıqlandı

Argentina milli komandasının baş məşqçisi Lionel Skaloni komandanın kapitanı Lionel Messinin yığmaya qoşulma vaxtı və gözlənilən vida oyunu barədə danışıb. qafqazinfo-ya istinadən xəbər verir ki, təcrübəli mütəxəssis Messini

Bakıda dünya rekordu yeniləndi

Bakı Su İdmanı Sarayında üzgüçülük üzrə "İpək Yolu" Dünya Kubokunun ilk final seansı keçirilib. xəbər verir ki, bu barədə Azərbaycan Üzgüçülük Federasiyası (ASF) məlumat yayıb. Bildirilib ki, federasiyanın təşkilatçılığı

Millətlər Liqası: Türkiyənin Belçika sınağı

UEFA Millətlər Liqasının qrup mərhələsinin II turunun növbəti oyunları bu gün keçiriləcək. KONKRET.azxəbər verir ki, A, B və C Liqalarında ümumilikdə 10 matç baş tutacaq. UEFA Millətlər Liqası. Qrup mərhələsi. 2 oktyabr


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberler bu gun xəbər az valyuta məzənnələri azerbaycan son xeber bugun