TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladı

TuranBank Enerji Effektivliyi Fondu vasitəsilə güzəştli kreditlərin verilməsinə başladıÖlkənin aparıcı maliyyə təşkilatlarından biri olan TuranBank dayanıqlı inkişaf və yaşıl iqtisadiyyatın maliyyələşdirilməsi istiqamətində növbəti məhsulunu təqdim edib. Bank, cari ilin aprel ayında Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) ilə imzaladığı strateji əməkdaşlıq müqaviləsinə əsasən, Enerji Effektivliyi Fondunun vəsaiti hesabına güzəştli kreditlərin müştərilərə təqdim edilməsinə başlayıb. 
Aprel ayında uğurla tamamlanan hüquqi və institusional hazırlıq prosesindən sonra, bank artıq bu maliyyə mexanizmini tam funksional şəkildə fərdi və korporativ müştərilərinin ixtiyarına verir. Sözügedən kreditlər ölkədə enerji resurslarından səmərəli istifadə edilməsini təşviq etmək, müasir enerjiyə qənaət edən texnologiyaların tətbiqini genişləndirmək və ekoloji cəhətdən təmiz yaşıl layihələri birbaşa dəstəkləmək məqsədi daşıyır.
Bu addımla TuranBank öz müştərilərinə həm biznes fəaliyyətlərində, həm də fərdi təsərrüfatlarında enerji xərclərini minimuma endirmək və resurs effektivliyini artırmaq üçün əlverişli maliyyələşmə imkanı yaradır. Güzəştli kredit şərtləri fərdi sahibkarların, kiçik və orta biznes subyektlərinin (KOB), eləcə də enerjiyə qənaət texnologiyalarından yararlanmaq istəyən fiziki şəxslərin real tələblərinə uyğun olaraq optimallaşdırılmışdır.
Aprel ayında təməli qoyulmuş bu tərəfdaşlıq ölkə iqtisadiyyatının dayanıqlı prinsiplərlə inkişafına, ekoloji mühitin qorunmasına və həmçinin milli enerji effektivliyi strategiyasının uğurla icra olunmasına birbaşa xidmət edir. Bu layihənin müştərilərə təqdim edilməsi bankın ekoloji və sosial məsuliyyət missiyasının, eləcə də yaşıl bankçılıq fəaliyyətinin real nəticəsidir.
Qeyd edək ki, Enerji effektivliyi fondu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 1 mart 2024-cü il tarixli Fərmanı ilə yaradılıb. Fondun vəsaitlərinin idarə olunmasını Enerji Məsələlərini Tənzimləmə Agentliyi (EMTA) həyata keçirir. EMTA Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2017-ci il tarixli Fərmanı ilə Energetika Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu ilə yaradılıb.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi yeni xidmətlə bağlı ətraflı məlumatı rəsmi veb səhifəsinivə ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.
TuranBank
 Bizimlə etibarlıdır… / azxeber.com

İqtisadiyyat       Tarix: 31 iyul 2026
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan neftinin qiyməti 97 dolları ötdü

Dünya bazarında Azərbaycan neftinin qiyməti 97 dolları ötüb. xəbər verir ki, "Azeri Light" markalı Azərbaycan neftinin bir barelinin qiyməti 4,72 ABŞ dolları və ya 5,08% artaraq 97,61 ABŞ dollarına yüksəlib

"Bank Respublika" "AccessBank"ı alır

Bank Respublika-nın və AccessBank-ın səhmdarları Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. Əqdin 2026-cı ilin noyabr ayınadə

Yelo Bank-ın "Summer Challenge 2026" proqramı uğurla yekunlaşdı - FOTOLAR

Yelo Bank-ın gənc istedadları dəstəkləyən və bankçılıq sahəsində yeni nəsil mütəxəssislər yetişdirən layihəsi "Summer Challenge 2026" yay təcrübə proqramı başa çatdı. Bu il proqram çərçivəsində seçilmiş 36 dinami

Azərbaycanın aparıcı maliyyə və texnologiya liderlərindən "MoveUP" təşəbbüsü

Qafqazın ilk tam inteqrasiya olunmuş ekosistemi olan Bir-in təşəbbüsü və sənaye liderlərinin birgə təsisçiliyi ilə "MoveUP" icması yaradıldı. Yeni qeyri-kommersiya icması Azərbaycanda rəqəmsal inkişafı sürətləndirməy

Azərbaycan nümayəndə heyəti Qırğızıstanda "Altynken" qızıl mədəni və affinaj zavodu ilə tanış olub - FOTOLAR

"AzerGold" QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimovun rəhbərlik etdiyi nümayəndə heyəti Qırğızıstana işgüzar səfər çərçivəsində "Altynken" qızıl mədəni və "Kyrgyzaltyn" şirkətinin Kara-Balt

Kart ödənişləri ilə bağlı vacib açıqlama

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti onlayn sifariş əsasında məhsulların məsafədən pərakəndə satışının rəsmiləşdirilməsi ilə bağlı məsələyə aydınlıq gətirib. xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətində

Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları

Bir gecədə milyonçu olmaq çoxlarının xəyalıdır. Amma böyük cekpotu qazandıqdan sonra daha maraqlı sual ortaya çıxır: bu qədər pulla nə etmək olar?. Dünyanın müxtəlif ölkələrində lotereyada böyük uduş qazanan insanların seçimlər

Bu şəxslər pensiya ala bilməyəcək

Əmək müqaviləsi ilə çalışan işçilər əmək və gələcək pensiya hüquqlarına sahib olurlar. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qanunvericiliyə əsasən, işçi ilə işəgötürən arasınd

Azərbaycanda bu yerlərdə işləyənlər ən az 2 min manat maaş alır - SİYAHI

Azərbaycanda rəsmi əmək müqaviləsi ilə işləyən hər 11 nəfərdən biri 200 manat maaş alır. " "a istinadən xəbər verir ki, ən yüksək əmək haqqının hansı sahələrdə ödənildiyi əmək haqları ilə bağlı yeni rəqəmlər məlu


yeni xeberler azerbaycan xeberleri son xeberler xankendi cəbhədən son xəbərlər cəbhədən son xəbər hava durumu