TuranBank gender bərabərliyi üzrə layihəni yekunlaşdırdı - FOTOLAR

TuranBank gender bərabərliyi üzrə layihəni yekunlaşdırdı - FOTOLARÖlkənin aparıcı banklarından biri olan TuranBank maliyyə sektorunda gender bərabərliyinin təşviqinə hədəflənmiş strateji layihəni uğurla yekunlaşdırıb. Layihə FINMA tərəfindən tənzimlənən aparıcı İsveçrə fondu Enabling Qapital və ABŞ-ın Kolumbiya Universitetinin Beynəlxalq və İctimai Əlaqələr Məktəbi (School of International and Public Affairs) arasında uzunmüddətli əməkdaşlıq çərçivəsində həyata keçirilib. Tədqiqat və praktiki yanaşmaları özündə birləşdirən layihənin əsas məqsədi maliyyə sektorunda daha inklüziv yanaşmaların təşviqinə töhfə vermək olub.
Layihə çərçivəsində Enabling Qapital-ın dəstəyi ilə Kolumbiya Universitetinin altı magistr tələbəsi Azərbaycana səfər edərək TuranBank-da praktiki araşdırma aparıblar. Səfər zamanı tələbələr Bankın baş ofisi və filiallarında çalışan əməkdaşlar, o cümlədən rəhbər vəzifələrdə təmsil olunan qadınlarla görüşərək, qadınların idarəetmədə rolu və iş mühitində gender bərabərliyi prinsiplərinin tətbiqi ilə yaxından tanış olublar. Eyni zamanda, Bankın qadın sahibkarların dəstəklənməsi, onların əlverişli maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi və iqtisadi fəallığının artırılması istiqamətində həyata keçirdiyi təşəbbüslər müzakirə olunub.
Layihənin yekununda təşkil olunan təqdimatda TuranBank-ın gender bərabərliyi sahəsində həyata keçirdiyi təşəbbüslər, əldə olunan nəticələr və gələcək inkişaf istiqamətləri Bankın İdarə Heyətinin üzvləri ilə ətraflı müzakirə edilib. Tədbirdə bu sahədə fəaliyyətin daha da gücləndirilməsinə xidmət edəcək konkret fəaliyyət planı təqdim olunub. Plan çərçivəsində maarifləndirmə proqramlarının təşkili, mentorluq təşəbbüslərinin genişləndirilməsi, eləcə də gender əsaslı ayrı-seçkiliyin qarşısının alınmasına yönəlmiş hüquqi mexanizmlərin təkmilləşdirilməsi nəzərdə tutulur.
TuranBank fəaliyyətinin bütün istiqamətlərində gender bərabərliyi prinsiplərinə sadiq olduğunu bir daha vurğulayır və beynəlxalq tərəfdaşlarla həyata keçirilən bu kimi layihələrin Azərbaycanda qadınların iqtisadi fəallığının və sahibkarlıq fəaliyyətində iştirakının daha da artmasına mühüm töhfə verəcəyinə inanır.
1992-ci ildən etibarən fəaliyyət göstərən TuranBank 22 satış nöqtəsi ilə fərdi və korporativ müştərilərin xidmətindədir. Bankın təqdim etdiyi yeni xidmətlə bağlı ətraflı məlumatı rəsmi veb səhifəsini və ya sosial şəbəkələrdəki (Feysbuk, İnstaqram və s.) səhifələrini izləyərək əldə edə bilərsiniz.
TuranBank gender bərabərliyi üzrə layihəni yekunlaşdırdı - FOTOLARTuranBank gender bərabərliyi üzrə layihəni yekunlaşdırdı - FOTOLARTuranBank gender bərabərliyi üzrə layihəni yekunlaşdırdı - FOTOLARTuranBank gender bərabərliyi üzrə layihəni yekunlaşdırdı - FOTOLARTuranBank gender bərabərliyi üzrə layihəni yekunlaşdırdı - FOTOLARTuranBank gender bərabərliyi üzrə layihəni yekunlaşdırdı - FOTOLAR/ azxeber.com

İqtisadiyyat       Tarix: 06 avqust 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Pulunuz evdə gözləməsin, sizə hər gün gəlir gətirsin

Pul yığmaq gələcək planları reallaşdırmağın ilk addımıdır. Bəs qısa müddətli yığılan pullar əlavə gəlir də qazandıra bilərmi? Birbank Yığım hesabı ilə toplanan vəsait hər gün hesablanan faizlər hesabına artır. Beləliklə

Onların maaşı arta bilər

Bu həftə diaqnostik qiymətləndirmədə iştirak etməmiş müəllimlər üçün imtahanlar keçiriləcək. xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurla

Kreditinizi Birbank-a gətirin - 6%-dək güzəştlə əldə edin

Digər banklarda krediti olan müştərilər üçün Birbank-ın kredit köçürmə kampaniyasının müddəti uzadılıb. 30 sentyabr 2026-cı ilədək davam edəcək kampaniya çərçivəsində müştərilər digər banklardakı kreditlərini Birbank-a köçürərə

Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız

Müştərilərinə daima sərfəli kredit təklifləri yaradan Bank of Baku bu dəfə 20 Sentyabr – Neftçilər Günü münasibətilə xüsusi kredit kampaniyasına start verib. . xəbər verir ki, Bank of Baku indi Azərbaycan Dövlət Neft Şirkət

Unibank bankomat şəbəkəsini yeniləyir

Unibank müştərilərə daha rahat və əlçatan xidmət göstərmək məqsədilə bankomat şəbəkəsinin yenilənməsi və genişləndirilməsi istiqamətində işləri davam etdirir. Hazırda Bank ölkə üzrə 187 aktiv UTM ilə Azərbaycanın 3-cü ə

Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR

Azercell-in texnoloji həlləri ABŞ-də keçirilən "Silicon Valley International Invention Festival" (SVIIF 2026) və Çinin Quançjou şəhərində baş tutan "International Exhibition of Inventions" (IEI 2026) sərgilərind

Nərimanovda mənzil axtaranların diqqətini çəkən layihə: Hansı seçimlər təklif olunur?

Mənzil alanda hamı istəyir ki, həm rahat yaşasın, həm dəseçimi illər keçdikcə dəyər qazansın. Bunun üçün isə ən vacib məsələlərdən biridüzgün lokasiya seçməkdir. Bu baxımdan Nərimanovda yerləşən "City Garden Narimanov"hə

Azərbaycanda 1,1 milyon insanın pensiyası artırılacaq

Rəsmi statistikaya əsasən, 2026-cı ilin ilk yarısında Azərbaycanda pensiyaların orta məbləği əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 10,5 faiz artaraq 594 manata çatıb. xəbər verir ki, bunu Milli Məclisin deputatı Vüqa

Yelo POS-terminal ilə ödənişləri limitsiz qəbul edin

Son dövrdə nağdsız ödənişlərdə tətbiq olunan gündəlik köçürmə limitləri alıcılarla yanaşı, sahibkarların da gündəlik iş prosesinə təsirsiz ötüşmür. xəbər verir ki, Yelo Bank sahibkarlara bu çətinlikləri geridə qoyaraq bizneslərin


azerbaycan xeberleri yeni xeberler son xeberler son xeberler bugun cəbhədən şad xəbər xabarlar xeberler