Turistlərə ölüm təhlükəsi barədə XƏBƏRDARLIQ EDİLDİ
Tailandda Xəstəliklərə Nəzarət Departamentinin Epidemiologiya Bürosu denge (dang) qızdırması hallarının kəskin artması ilə bağlı ciddi narahatlığını bildirib.
Son məlumatlara görə, 2023-cü il iyunun 7-nə qeydə alınan yoluxmaların sayı keçən illə müqayisədə 500 dəfə çoxdur.
KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bununla əlaqədar Tailand hökuməti turistlərdən tətil zamanı ehtiyat tədbirləri görməyi xahiş edib.
Məlumata görə, ən çox infeksiya Banqkok, Trat, Nan, Çantaburi, Rayong və Mae Hong kimi məşhur turistik məkanlarda qeydə alınıb. Ümumilikdə bu il 19 503 denge xəstəliyinə yoluxma halı aşkar edilib.
Rəsmilər indiyədək 17 ölüm faktını qeydə alıb. Keçən il Tailandda eyni vaxtda bu qızdırmadan yalnız üç ölüm hadisəsi olub.
Səhiyyə Nazirliyinin mütəxəssisləri xəbərdarlıq ediblər ki, tropik denge qızdırması xəstəliyinə yoluxma hallarının artması yağışlı mövsümdə (iyun-avqust aylarında) davam edəcək və yalnız sentyabrda xəstəliyin azalmasını gözləmək olar.
Belə ki, ölkədə epidemiya təhlükəsi fonunda səyahət edənlərə ağcaqanaddan qoruyucu vasitələrdən istifadə etməyi və ehtiyat tədbirləri görmək tövsiyə edilir.
Qeyd edək ki, denge qızdırması ağcaqanad dişləməsi ilə ötürülən virusun yaratdığı təhlükəli xəstəlikdir. İnkubasiya müddəti iki həftəyə qədər ola bilər. Denge xəstəliyinin simptomlarına qızdırma, baş ağrısı, ürəkbulanma, qusma, səpgi, əzələ və oynaq ağrıları, qanaxma daxildir. İnfeksiyanın ağır forması qanaxma, şok, qan təzyiqinin ciddi azalması, orqan çatışmazlığı və hətta ölümlə nəticələnə bilər.
İqbal Rzayev,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var
İlham Mayılov vəfat etdi
Türkiyə millisi baş məşqçisi ilə yollarını ayırdı