Turizm sektorunda yeni layihə: Birinci yerin qalibinə 10 min manat veriləcək

Turizm sektorunda yeni layihə: Birinci yerin qalibinə 10 min manat veriləcəkTurizm sektorunda yeni layihə: Birinci yerin qalibinə 10 min manat veriləcək
"Regionlarda turizmin inkişafında kiçik və orta sahibkarların rolu əhəmiyyətlidir. "Regional İnnovativ Turizm Məhsulu" (RİTM) proqramının mahiyyəti regionlarda yeni turizmə sahibkarları təşviq etmək, bura investisiyaları cəlb etməkdən ibarətdir".
Oxu.Az-ın məlumatına görə, bunu Azərbaycan Turizm Bürosunun Baş icraçı direktorunun müavini Bəhruz Əsgərov deyib. 
O bildirib ki, layihə İT üzrə çalışan əməkdaşlar üçün yeni imkanlar yaradacaq. Agentliyin direktor müavini qeyd edib ki, proqram səkkiz region üzrə - Quba, Lənkəran, Naxçıvan, Zaqatala, Şəki, İsmayıllı, Qəbələ və Gəncə şəhərini əhatə edəcək:
"Xüsusilə müvafiq regionların seçilməsinə səbəb isə onların turizm marşrutları üzərində yerləşməsidir. Lakin, layihəyə istənilən regiondan olan şəxslər qoşula biləcək. Gələcəkdə layihənin əhatə etdiyi şəhərlərin sayının artırılması gözlənilir".
Bəhruz Əsgərov qeyd edib ki, biznes təkliflərini təqdim edən şəxslər layihə ilə bağlı yerlərdə də əlavə məlumat ala biləcəklər:
"Layihə tələbələr, məzun olmuş şəxslər, yerli icmalarda yaşayan və regionlarda startap ideyaları olan, həmçinin İT üzrə çalışanları əhatə edəcək. Təklif vermək istəyənlər kənd turizmi, elektron ticarət, infrastruktur, texnologiya, kulinariya, turizm qonaqpərvərlik, turizm təcrübələri və layihələri, eləcə də sosial sahələr üzrə ideyalarını təqdim edə bilərlər. Turizm biznes layihələri ilk növbədə RİTM ideya bankına daxil olur, seçilən layihələr startap müsabiqəsinə təqdim edilir.
Uğurla keçən komandalara 3-cü mərhələdə RİTM inkubasiya proqramı çərçivəsində təlimlər keçiriləcək. Eləcə də komandaya mentor təyin olunacaq. Sonuncu olaraq milli finalda hər bölgədən seçilmiş komandalar Bakıda üç yer üzrə mübarizə aparacaqlar. Belə ki, birinci yerin qalibi 10 000, ikinci yerin qalibi 5 000, üçüncü yerin qalibi 2500 manat maliyyə mükafatı alacaq".
Agentlik rəsmisi qeyd edib ki, qaliblər hüquqi, marketinq və maliyyə üzrə təlimlər alacaq, eləcə də mütəmadi olaraq investor və sahibkarla görüşəcəklər. Onlara beynəlxalq startap layihələrinə qoşulmaq imkanı da yaradılacaq.
Qeyd edək ki, 6 avqust layihəyə qoşulmaq üçün son qeydiyyat tarixidir.
Nigar Məmmədov

Turizm       Tarix: 01 iyul 2021
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir

AZAL Türkiyənin bir sıra istiqamətləri üzrə yeni aksiyaya start verir. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Türkiyənin bir neçə istiqaməti üzrə yeni endirim aksiyasına start verir. Bu barədə "Azərbaycan Hava Yolları"

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) aprelin 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfində

AZAL Tivat şəhərinə bilet satışına start verib

AZAL Tivat şəhərinə bilet satışına start verib. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Bakıdan Monteneqronun kurortu olan Tivat şəhərinə bilet satışına start verdiyini elan edir. Bakı-Tivat-Bakı marşrutu üzrə ilk reys mayı

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq

AZAL Bakıdan Buxarestə uçuşlara başlayacaq. Azərbaycanın milli aviadaşıyıcısı AZAL bu il iyunun 3-dən Rumıniyanın paytaxtı Buxarestə müntəzəm reyslərə başlayacaq. Uçuşlar həftədə iki dəfə - bazar ertəsi və cümə axşamlar

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi

Azərbaycanla Rusiya arasında aviareyslər artırılır: Yeni iki şəhər marşrutlara əlavə edildi. Aprelin 3-dən Rusiyanın Çelyabinsk şəhəri və Bakı arasında müntəzəm reyslər açılacaq. Bu barədə Çelyabinskin Kurçatov hava limanını

Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA + FOTO

Azərbaycan hotelləri Novruz bayramından necə çıxıblar? - ARAŞDIRMA + FOTO. "Azərbaycanda bu il Novruz bayramı Ramazan ayına təsadüf etdiyindən ölkəyə gələn turistlərin, xüsusilə müsəlman ölkələrindən gələn xarici vətəndaşları

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO. Fəridə Babayeva Azərbaycanın ən gənc xanım dağçısıdır. O, hələ 13 yaşı olanda Quba rayonunun Xınalıq kəndi yaxınlığında

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO

Azərbaycana gələn turistlərin sayında KƏSKİN ARTIM - FOTO. "2024-cü ilin ilk 2 ayında Azərbaycana gələn turistlərin sayı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 46,7 faiz artaraq 341 min nəfər olub". . xəbər veri

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO

Düşənbədən Bakıya birbaşa uçuşlar bərpa ediləcək - FOTO. Tacikistanın "Somon Air" aviaşirkəti bu il Düşənbədən Bakıya reyslərin açılmasını planlaşdırır. Bu barədə "Report"a açıqlamasında Tacikistanın "Dourgar


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər bugün 2026 cebheden xeberler xəbər az qarabag