Türk Dövlətləri Təşkilatı bu gün böyük və vahid bir gücə çevrilməkdədir" - Deputat
Xəbər verdiyimiz kimi, 27 noyabr 2025-ci il tarixində Türk Dövlətləri Təşkilatına üzv olan ölkələrin media və kommunikasiya sahəsində əməkdaşlığını möhkəmləndirmək məqsədilə Türk Dövlətləri Təşkilatının Media Forumu keçirilib. Forum çərçivəsində üzv və müşahidəçi ölkələrin media nümayəndələri bir araya gələrək informasiya mübadiləsi, media əməkdaşlığının inkişafı, dezinformasiya ilə mübarizə və ortaq media layihələrinin hazırlanması məsələlərini müzakirə ediblər.
Milli Məclisin deputatı Tahir Rzayev mövzu ilə bağlı azxeber.com-a açıqlamasımda deyib ki, son illər Türk Dövlətləri Təşkilatının fəaliyyəti xeyli genişlənib:
"Türk Dövlətləri Təşkilatının fəaliyyəti xeyli genişlənib. Bir çox təşkilati tədbirlər həyata keçirilib və bu ölkələrin daimi görüşləri, forumlar və sammitlər türk dilli dövlətlərin daha sıx əməkdaşlığına, əlaqələrin möhkəmlənməsinə zəmin yaradır. Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən təməli qoyulan və təşkilatlandırılan Türk Dövlətləri Təşkilatı bu gün böyük gücə və vahid bir orqana çevrilməkdədir".
Parlamentari qeyd edib ki,TDT-nin məqsədi aydındır:
"Bu, yalnız bir təşkilat və ya blok çərçivəsində birləşmək məqsədi daşımır. Təşkilatın əsas məqsədi Türk dövlətləri arasında iqtisadi əməkdaşlığı gücləndirmək, müxtəlif tədbirlərin təşkilində iştirak etmək və ölkələrin milli maraqlarının qorunmasına xidmət etməkdir. Türk Dövlətləri Təşkilatına daxil olan ölkələrin qeyri-hökumət təşkilatlarının keçirdiyi forum bir daha göstərdi ki, bütün sahələrdə bu birliyin möhkəmlənməsi və normal əməkdaşlığın inkişafı təmin olunmaqdadır".
Deputat bildirib ki, TDT-nin media forumunun keçirilməsi də məhz birlik məqsədinə yönəldilib:
"Türk Dövlətləri Təşkilatının media forumunun keçirilməsi də məhz birlik məqsədinə yönəldilib. Çünki əlaqələrin genişləndirilməsi, vahid platformadan çıxış etmək, əlaqələri yaxşılaşdırmaq və informasiya mübadiləsini genişləndirmək bu gün üçün çox önəmlidir. Ona görə də belə bir forumun keçirilməsi sözsüz ki, Türk dövlətlərinin birliyinin daha yüksək səviyyədə təmin olunmasına yönəldilib və bu, təqdirəlayiq bir haldır. Türk dövlətlərinin birliyini bu gün yalnız siyasi, iqtisadi və humanitar məsələlər deyil, həm də informasiya sahəsində mübadilələrin genişləndirilməsi tələb edir".
Şahanə Ziyad

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib