Türk Dövlətləri Təşkilatının Qazaxıstanla bağlı iclası başa çatdı - BƏYANAT + YENİLƏNİB

Türk Dövlətləri Təşkilatının Qazaxıstanla bağlı iclası başa çatdı - BƏYANAT + YENİLƏNİBTürk Dövlətləri Təşkilatı (TDT) Xarici İşlər Nazirləri Şurasının Qazaxıstanda baş verən son hadisələrlə bağlı növbədənkənar iclası başa çatıb.
KONKRET.az xəbər verir ki, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlunun sədrliyi ilə keçirilən iclasda Qazaxıstanın Baş nazirinin müavini və xarici işlər naziri Muxtar Tileuberdi, Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Qırğızıstanın xarici işlər naziri Ruslan Kazakbayev, Özbəkistanın xarici işlər naziri Abdulaziz Kamilov, Türkmənistanın Baş nazirinin müavini və xarici işlər naziri Raşid Meredov, Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto və Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev çıxış ediblər.
İclasın sonunda Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının adından bəyanat qəbul olunub.
Bəyanatda Qazaxıstanda baş verən hadisələrdə həyatını itirənlərə başsağlığı verilib və yaralananların tezliklə sağalmasını arzulanıb. Təşkilatın üzvü olan Qazaxıstana və onun qardaş xalqına güclü dəstək və həmrəylik bir daha təsdiqlənib. Regionda və onun hüdudlarından kənarda sabitlik və təhlükəsizlik üçün həyati əhəmiyyət kəsb edən Qazaxıstanda sülh və sabitliyinin vacibliyi vurğulanıb. İnsan həyatı üçün təhlükə yaradan, ictimai asayişi pozan və əmlaka ziyan vuran zorakılıq və vandalizm aktlarını pislənilib. Qazaxıstan hakimiyyətinin ölkədə ictimai asayişi və vəziyyətin normallaşmasını sürətlə bərpa etmək imkanlarına inam vurğulanıb. Beynəlxalq hüququn fundamental qayda və prinsiplərinə riayət edilməsinin vacibliyi qeyd edilib, Qazaxıstan hökumətinin Konstitusiya quruluşunu devirməyə yönəlmiş terrorçulara, ekstremistlərə, ekstremistlərə və cinayətkarlara qarşı həyata keçirdiyi antiterror əməliyyatları dəstəklənib. Eyni zamanda, "Türk Dünyasına Baxış 2040" sənədinin milli və beynəlxalq çağırışlar qarşısında koordinasiya, əməkdaşlıq və qarşılıqlı yardım üçün bələdçi olduğuna diqqətə çəkilib. Təşkilat hazırki böhrandan çıxmaq üçün lazım gələrsə Qazaxıstan xalqını və hökumətini dəstəkləməyə hazır olduğunu bir daha təsdiqləyib. Habelə Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin qardaş Qazaxıstan xalqının güzəranının və rifahının daha da yüksəlişinə yönəlmiş islahat gündəliyi dəstəklənib.
Türk Dövlətləri Təşkilatının Xarici İşlər Nazirləri Şurası bu məsələdə sıx əməkdaşlığı və məsləhətləşmələri davam etdirməyi qərara alıb.
***
12:22
Türk Dövlətləri Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin Qazaxıstandakı vəziyyəti müzakirə etmək üçün fövqəladə toplantısı başlayıb.
KONKRET.az xəbər verir ki, görüş videokonfrans formatında keçirilir. Tədbirdə Azərbaycanı xarici işlər naziri Ceyhun Bayramov təmsil edir.
Xatırladaq ki, türk dövlətlərinin təşkilatı bu gün Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistanı birləşdirir. Türkmənistan və Macarıstan onun fəaliyyətində müşahidəçi qismində iştirak edirlər.

Siyasi       Tarix: 12 yanvar 2022
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xəbərlər bugün en son xeberler son xəbərlər bugün 2026 cəbhədən son məlumatlar