Türk dövlətləri universitetləri arasında tanınma problemini həll edəcək vahid qurum yaradılacaq
Türk dövlətləri universitetləri arasında tanınma problemini həll edəcək vahid qurum yaradılacaq.
azxeber.com report-a istinadən xəbər verir ki, bunu Türkiyənin Ali Təhsil Şurasının sədri Erol Özvar jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu gün Şuşada keçirilən Türk Dövlətləri Təşkilatı (TDT) Təhsil Nazirlərinin VIII İclasında məsələ ilə bağlı konkret təkliflər irəli sürülüb:
"Üzv dövlətlərinin gündəmə gətirdiyi təkliflər sırasında ilk olaraq TDT-yə üzv olan ölkələrin akademik məlumat bazasının yaradılması yer alıb. Bu da özündə ali təhsil müəssisələrinin məlumatlarının vahid mərkəzdə toplanmasını ehtiva ehtiva edir. Bununla da üzv dövlətlər universitetlər haqqında dəqiq məlumatları əldə edə biləcəklər".
Şura sədri əlavə edib ki, digər təklif universitetlərin uyğunlaşdırılması və tanınma prosedurları ilə məşğul olacaq ortaq qurumun yaradılması ilə bağlıdır. Çünki türk dünyasında universitetlər arasında birgə fəaliyyətlər mövcuddur. Eləcə də tələbə aktivliyi yüksək səviyyədə olsa da, bu sahədə tanınma ilə bağlı ciddi problemlər var. Problemləri həll edəcək bir qurumun yaradılması fikrini nazirlərlə birlikdə dəyərləndirdik. Üzv dövlətlərin hər birini təmsil nümayəndələr bu fikri müsbət qarşıladı".
O qeyd edib ki, TDT-yə üzv dövlətlərin qəbul edəcəyi keyfiyyət təminatı agentliyinin olması da vacibdir: "Türk dövlətləri olaraq keyfiyyət təminatını ümumi standartlarını müəyyən etməliyik. Bununla bağlı fəaliyyət göstərəcək agentliyin qurulması barədə fikrə bütün nümayəndələr müsbət rəy verib. Təkliflərin reallaşdırılması üçün komissiyalar yaradılacaq və son rəy aidiyyəti üzrə təqdim ediləcək".

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı
"Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…
Uşaqlar və pensiyaçılar üçün yaşayış minimumu açıqlandı
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu
"Trendyol"da noyabr endirimləri: Bu noyabr da hər kəs 'Trendyol'da