Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilər

Türk dünyası ölkələri ortaq təkrarsığorta hovuzu yarada bilərTürkiyənin Qaziantep şəhərində Türk Dünyası Sığorta Birliyinin 2-ci Assambleyası işə başlayıb.
azxeber.com Azərbaycan Sığortaçılar Assosiasiyasına (ASA) istinadən xəbər verir ki, tədbirdə Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan və Şimali Kipr Türk Respublikasının sığorta sektorunun tənzimləyici qurumlarının, sığorta assosiasiyalarının rəhbərləri və sığorta bazarının nümayəndələri iştirak edirlər.
Türkiyə Sığorta Birliyinin təşkilatçılığı ilə keçirilən assambleyanın əsas məqsədi türk dünyası ölkələri arasında sığorta sahəsində əməkdaşlığın genişləndirilməsi, tənzimləmə mexanizmlərinin uzlaşdırılması və qlobal risklərə qarşı dayanıqlığın gücləndirilməsidir.
Tədbirin rəsmi açılışında Türkiyə Sığorta Birliyinin sədri Əhməd Yaşar, Azərbaycan Sığortaçılar Assosiasiyasının Müşahidə Şurasının və Türk Dünyası Sığorta Birliyinin sədri Ülviyyə Cabbarova, Türkiyənin Sığorta və Özəl Pensiya Tənzimləmə və Nəzarət Qurumunun sədri Davud Menteş və Qaziantep şəhərinin bələdiyyə sədri Fatma Şahin çıxış ediblər.
Assambleya çərçivəsində "Yeni Qlobal Risklər Kontekstində Türk Dünyası: Sığorta Tənzimlənməsində Uzlaşma, Dayanıqlıq və Ortaq Gələcək" mövzusunda müzakirə keçirilib. Paneldə Azərbaycan, Türkiyə, Özbəkistan, Qırğızıstan və Şimali Kipr Türk Respublikasının sığorta sektoruna nəzarət edən qurumlarının nümayəndələri iştirak ediblər.
Bununla yanaşı, "2030-cu ilədək Türk Dünyasının Sığorta Bazarı: Ortaq Risklər, Ortaq Potensial, Ortaq Gələcək" adlı panel müzakirəsində iştirakçı ölkələrin sığorta assosiasiyalarının və peşəkar bazar qurumlarının nümayəndələri sektorun inkişaf perspektivlərini müzakirə ediblər.
Panellərdə aparılan müzakirələr zamanı növbəti dövrlərdə Türk dünyası ölkələri arasında təcrübə mübadiləsinin və birgə fəaliyyətin daha da intensivləşdirilməsi, eləcə də ortaq sığorta məhsullarının yaradılması ilə bağlı fikir mübadiləsi aparılıb.
Bununla yanaşı, iştirakçılar Türk dünyası ölkələri üçün ortaq təkrarsığorta hovuzunun formalaşdırılması imkanlarını da geniş müzakirə ediblər. Belə bir mexanizmin yaradılması risklərin bölüşdürülməsinə, sığorta təminatının gücləndirilməsinə və üzv ölkələrin sığorta bazarları arasında əməkdaşlığın dərinləşdirilməsinə töhfə verə bilər.
Assambleyada Azərbaycanı Mərkəzi Bankın baş direktoru Vüsal Qurbanov, ASA-nın icraçı direktoru Abas Miskərli və digər nümayəndələr təmsil edirlər.
Tədbir çərçivəsində Türk Dünyası Sığorta Birliyinin yeni sədrinin və baş katibinin seçilməsi üçün səsvermənin keçirilməsi, eləcə də birliyin növbəti – 3-cü assambleyasına ev sahibliyi edəcək ölkənin müəyyənləşdirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Türk Dünyası Sığorta Birliyinin ilk assambleyası Şuşa şəhərində keçirilib. Həmin tədbirdə qəbul olunmuş ortaq qərara əsasən, birliyin ikinci assambleyası bu il Türkiyədə təşkil olunur.
Assambleyanın Qaziantepdə keçirilməsi xüsusi məna daşıyır. 2023-cü ildə regionda baş vermiş dağıdıcı zəlzələ təbii fəlakət risklərinin miqyasını və sığorta mexanizmlərinin əhəmiyyətini bir daha gündəmə gətirib. Tədbir bu baxımdan türk dünyası ölkələrinə risklərin idarə olunması, sığorta təminatının genişləndirilməsi və mümkün fəlakətlərə hazırlıq sahələrində əməkdaşlığın vacibliyini çatdırmaq məqsədi daşıyır.

İqtisadiyyat       Tarix: 11 oktyabr 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Kənd yumurtası niyə bahalaşır? - İqtisadçı açıqladı

Xəbər verdiyimiz kimi, Azərbaycanda kənd yumurtasının qiymətində artım müşahidə olunur. Hazırda bazarda ən ucuz kənd yumurtası Cəlilabaddan gətirilən yumurtadır. Onun bir ədədinin qiyməti 30 qəpikdir. Ümumilikdə isə kən

AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasınd

AccessBank qadın sahibkarlar üçün Access2Success layihəsinə 5-ci dəfə start verir

AccessBank, Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) ilə tərəfdaşlıq çərçivəsində, qadın sahibkarların biznes və idarəetmə bacarıqlarının inkişafına yönəlmiş Access2Success layihəsini 5-ci dəfə həyata keçirir. Artıq ənənəv

"Nar" "AiNar" rəqəmsal köməkçisini istifadəyə verdi

Ölkənin sərfəli mobil operatoru "Nar" müştəri təcrübəsinin daha da təkmilləşdirilməsi məqsədilə "Nar+" tətbiqində süni intellekt texnologiyası əsasında işləyən "AiNar" köməkçisini istifadəy

Pensiya ilə bağlı rəsmi məlumat

2026-cı ilin avqust ayında ailə başçısını itirməyə görə 188 194 nəfərə pensiya və müavinət ödənilib. xəbər verir ki, bu barədə Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib. Onların 137 139 nəfəri pensiya, 51 055 nəfər

Bu şəxslərə maaşın 25 mislinədək mükafat veriləcək

Korrupsiya barədə məlumat verən şəxsə minimum əməkhaqqının 25 mislinədək mükafat veriləcək, bu gəlir vergisindən azad olunacaq. xəbər verir ki, bununla bağlı "Korrupsiya ilə əlaqədar hüquqpozmalarla bağlı məlumat verə

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırıldı

Naxçıvan Muxtar Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən oktyabr ayının pensiya ödənişi başa çatdırılıb. Bu barədə -a ƏƏSMN-dən məlumat verilib. Bildirili

Gələn il kimlərin maaşı arta bilər?

Prezident İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VII Qurultayında çıxışı zamanı gələn il minimum əməkhaqqının, pensiyaların, sosial müavinətlərin artırılacağını bildirməsi növbəti sosial proqramın konturlarını müəyyə

Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?

Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan yeni Dövlət Qulluğu Məcəlləsinin layihəsində dövlət qulluqçularının pensiya yaşına çatarkən alacaqları maliyyə ödənişləri ilə bağlı qaydalar ayrıca əksini tapıb


son xeberler yeni xeberler azerbaycan xeberleri idman xeberleri bugünkü son xəbərlər hava hava haqqinda