Türk İttifaqı yeni dünyanın siyasi şifrələrini açdı
Ötən il möhtərəm Prezidentimiz cənab İlham Əliyevin Sərəncamı ilə Şuşa şəhərinin 2023-cü il üçün "Türk dünyasının mədəniyyət paytaxtı" elan edilməsi memarlıq və şəhərsalma sənətinin 270 illik tarixə malik parlaq incisi olan və Azərbaycan xalqı üçün yüksək mədəni-mənəvi dəyər kəsb edən Şuşaya xüsusi ehtiramın təzahürü idi. Eyni zamanda, bu qərar bütün Türk dünyasının birlik və həmrəyliyinin yeni rəmzinə çevrilməklə, türk xalqları arasında əməkdaşlıq perspektivlərinin daha da genişləndirilməsi işinə öz töhfəsini verdi.
Şuşada Türk Dövlətləri Təşkilatının qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi Türk dünyasının birliyinin sarsılmaz olduğunun növbəti nümunəsi idi. Ümumiyyətlə, İkinci Qarabağ müharibəsində əldə etdiyimiz möhtəşəm Qələbə Azərbaycanı dünya dövlətləri arasında zirvələrə yüksəltdi. Cənubi Qafqazda marağı olan və öz çirkin niyyətlərini Ermənistan və onun tərkib hissəsi kimi "Qarabağ layihəsi" üzərindən həyata keçirmək istəyənlərin xəbis niyyətləri ürəklərində qaldı. Bir-birinin ardınca qazanılan möhtəşəm qələbələr Azərbaycanın beynəlxalq münasibətlər sistemində nüfuzunu xeyli artırdı və Türk dünyasının birliyini daha da möhkəmləndirdi.
Bir neçə gün idi dünyanın nəzər-diqqəti yenidən Şuşaya yönəlmişdi. Şuşa möhtəşəm beynəlxalq tədbirə ev sahibliyi edərək Azərbaycanın Türk dünyasının birliyinə növbəti töhfəsini nümayiş etdirdi. Azərbaycanın dilbər guşəsində TDT-nin qeyri-rəsmi Zirvə görüşünün keçirilməsi dövlət başçımızın "Bizim ailəmiz Türk dünyasıdır" müdrik kəlamının bariz nümunəsidir.
Tədbir beynəlxalq münasibətlər sistemində böyük maraq yaradıb və bu baxımdan mühüm əhəmiyyət kəsb edir. Belə bir möhtəşəm tədbirin işğaldan azad edilmiş Şuşada keçirilməsi bir daha dünyaya "Qarabağ Azərbaycandır!" reallığının nümayişi oldu. Bununla yanaşı, bu, həm Azərbaycanın beynəlxalq aləmə, həm də Ermənistanın havadarlarına ciddi bir mesajdır. Çünki bu tədbir dünya ictimaiyyətinin diqqətini yenidən Şuşaya yönəltdi.
Bu tədbir mühüm qərarların qəbulu ilə başa çatdı və "tarixi sammit" kimi bütün türk dünyasının tarixinə düşəcəyi şəksizdir. Həm də ona görə "tarixidir" ki, azad olunmuş ərazilərdə keçirilən ilk beynəlxalq səviyyəli sammitdir. İmzalanan Qarabağ Bəyannaməsi isə xüsusi qeyd olunmalıdır. Bu sammitin türk dünyasının birliyini daha da gücləndirəcəyi şübhə doğurmur.
Azərbaycan TDT-nin inkişafı və gələcəyi üçün də maddi dəstəyini əsirgəmədi. Azərbaycan Prezidenti açıqladı ki, Türk Dövlətləri Təşkilatının cari büdcəsi və strukturu nəzərdə tutulan hədəflərin reallaşdırılması üçün yetərli deyil. Buna görə, Azərbaycan bu günlərdə Katibliyin hesabına 2 milyon ABŞ dolları məbləğində vəsait köçürmüşdür. Azərbaycan Prezidenti vurğuladı ki, Şərq-Qərb nəqliyyat dəhlizinin genişləndirilməsi qarşımızda duran prioritet məsələlərdən biridir. Orta Dəhlizin ayrılmaz bir hissəsi olan Bakı-Tbilisi-Qars dəmir yolunun illik yükaşırma qabiliyyəti Azərbaycanın əlavə sərmayəsi nəticəsində 1 milyondan 5 milyon tona çatdırılıb.
Şuşa şəhərində keçirilən sammitin daha bir önəmli tərəfi burada Qarabağ Bəyannaməsinin imzalanması oldu. Ölkə başçısının vurğuladığı kimi, imzalanmış Qarabağ Bəyannaməsi, qəbul edilmiş qərarlar Türk dünyasının həmrəyliyini və eyni zamanda, Türk Dövlətləri Təşkilatının beynəlxalq nüfuzunu daha da gücləndirəcək.
Naftalan şəhər sakini: Kəmalə Hüseynova / azxeber.com

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
Xırdalanda 12 yaşlı qız itkin düşüb
Asiyada ikinci NATO yaratmaq istəyirlər - Lavrov
Hüseynəli xanı Əfşar kimi təqdim etdilər - İran səfirliyinin kobud səhvi
Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi
Gəncədə 88 yaşlı qadın qətlə yetirildi: Bacısı oğlu saxlanıldı
Gecə saatlarında sürücünü bıçaqla təhdid edən sərnişin - Saxlanıldı
Goranboyda avtomobil dərəyə aşdı: Şəhid anası həlak oldu
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Metro istifadəçilərinə SEVİNDİRİCİ XƏBƏR - Bu stansiya 2027-ci ildə açılır
Sumqayıtda iki avtomobil toqquşdu: Xəsarət alanlar var
İlyas Yalçıntaş sərbəst buraxıldı