Türk könüllülərinin məktubu FHN əməkdaşlarını ağlatdı - VİDEO
Azərbaycan əsgərlərini ağladan məktub
Azxeber.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğınları söndürmək üçün Muğlaya gələn 749 Azərbaycan əsgəri quru və hava yolları ilə ölkələrinə yola salınıb.
Vida zamanı Marmarisdən olan Yanğın Könüllüləri qrupunun hazırladığı təşəkkür məktubu hər kəsi təsirləndirib.
Muğlada yerləşən Azərbaycan əsgərlərinin ölkələrinə qayıdacağı xəbərini alan Marmaris Yanğın Könüllüləri Qrupu hər kəsə təşəkkür məktubu hazırlayıb.
Həmin məktubda yazılır:
"Mənim Əziz Qardaşım,
Sizi dərin bir ağrı, böyük bir sevgi və ümidlə gözlədik. Xoş gəldiniz. Bilirsiniz, biz qürur və xoşbəxtliklə qarşıladığımız siz qardaşlarımızı Azərbaycan mahnıları ilə yola salırıq.
Nazım Hikmətin gələcək dünya xəyalının gerçəkləşdiyi ölkə, ortaq bir dil, ortaq mədəniyyət və bənzər talelər paylaşdığımız gözəl Azərbaycan! Odları yandıran və söndürən insanlardır. Ortaq qəlbimizdə bir atəş izi qaldı və yenə su səpən ilk siz oldunuz. Sevgi və hörmət dolu xatirələrimizə yenisini əlavə etdiniz. Beyindən ürəyə gedən bütün yollar sənə aparır, əziz qardaşım, minnətdarlığımızı qəbul et.
Bu böyük yalan dünyada sevinc və kədəri bölüşdüyümüz torpağınıza eyni ürək döyüntüsündə bizdən salamlar. Nəsiminin dediyi kimi:
"Cihanın hasili sensin, onu sensiz nider gönlüm".
Gözəl səyahət edin.
Hörmətlə Türk Xalqları, Ocaq Könüllüləri!
Həmin videonu təqdim edirik:
Ayşən Mirzəyeva
>
f Paylaş
Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR