Türkiyə daşınmaz əmlak icarəsi qiymətlərinin artımına görə ilk yerdədir
Türkiyə daşınmaz əmlak icarəsi qiymətlərinin artımına görə ilk yerdədir
2022-ci ilin yekununa görə, Türkiyə daşınmaz əmlak icarəsi qiymətlərinin artımında dünya lideri olub.
Britaniyanın "Knight Frank" konsaltinq şirkətinin məlumatlarına görə, qiymətlər 2021-ci illə müqayisədə 160,6% artıb.
Yerli ekspertlər qeyd edirlər ki, Türkiyədə kirayə qiymətlərinin 70% artması əsaslıdır və inflyasiya ilə bağlıdır. Yerli Rieltorlar Palatasının rəhbəri Nizamettin Aşa qeyd edib ki, qiymətlər 2018-ci ildə mənzilə tələbatın təxminən 50% azalması nəticəsində daşınmaz əmlak bazarında iki illik durğunluqdan sonra artmağa başlayıb.
Türkiyədə daşınmaz əmlakın kirayə qiymətlərində artım 2022-ci ilin martından, Rusiya və Ukrayna vətəndaşlarının ölkəyə axınından sonra qeydə alınır.
Antalyada 2022-ci ildə orta kirayə qiyməti azı dörd dəfə artaraq ayda 200-600 dollardan 2 000 dollara yüksəlib. İstanbulda müvəqqəti mənzil və ya studiyanın minimum qiyməti ayda 1,5-2 min dollar təşkil edir. Halbuki, bir neçə il əvvəl 1 000 dollara mənzil kirayələmək mümkün idi. / oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Ermənistan 2029-cu ildə COP34-ə ev sahibliyi etmək istəyir
Bakıda məktəb və bağçaların istilik təminatı ilə bağlı vacib açıqlama
Bakıda 11-ci sinif şagirdi müdirin seyfindən pul oğurladı
Nərimanovda kafedə baş verən insidentlə bağlı daha 3 nəfər saxlanılıb
Qarabağa köçən məşhurlar - SİYAHI
Euronews'da İlham Əliyevin Avropa Siyasi Birliyinin Sammitində iştirakına dair məqalə dərc olunub
Azercell və AKM "FireWall 2026" hakatonuna start verir
Mercedes-Benz Almaniyadakı zavodlarına investisiyaları dayandırır – Müəssisələrin bağlanması gündəmdədir
Azercell-in "30 il səninlə" lotereyasında fakturalı xətt abunəçilərini möhtəşəm hədiyyələr gözləyir!
Prezident İlham Əliyevin İrlandiyaya işgüzar səfəri başa çatıb
Birdəfəlik sosial müavinətlər bu tarixdə ödəniləcək
Millətlər Liqası: Bu gün daha 10 oyun var
Ağ Evin yanında banket zalı tikilir – Tarixi binanın yanında tikilən obyekt amerikalıların etirazına səbəb oldu
Polis kafedəki insidentlə bağlı daha 3 nəfəri saxladı
Bakıda kütləvi dava: bıçaqlananlar var