Türkiyə Ermənistanla münasibətlərin normallaşmasında Zəngəzur dəhlizi şərtindən imtina edib?

Türkiyə Ermənistanla münasibətlərin normallaşmasında Zəngəzur dəhlizi şərtindən imtina edib?Türkiyə və Ermənistan xüsusi nümayəndələrinin Moskva görüşünə dair hər iki tərəfin rəsmi açıqlamasında bir cümlə xüsusilə diqqət çəkirdi: "Tərəflər ilkin şərt olmadan münasibətlərin normallaşması istiqamətində danışıqları davam etdirəcək".
"İlkin şərtin olmaması" İrəvan üçün Ankara qarşısında əldə etdiyi uğurdur: xüsusi nümayəndə Ruben Rubinyan da bu gün parlamentin iclasında "agent" ittihamlarına qarşı bu detalı müdafiə üçün istifadə etdi. Və sual yaranır: Ankara normallaşma prosesində irəli sürdüyü şərtlərdən, xüsusilə Zəngəzur dəhlizindən imtina edib?
Tərəflərin Moskvada görüşdüyü gün – yanvarın 14-də Nikol Paşinyanın Arazdəyən-Mehri dəmir yolu xəttinin (dəhlizin bir hissəsi) bərpası üçün işçi qrupun yaradılması barədə qərarı "şərtsiz" danışıqlarla bağlı fərqli ehtimalı önə çıxarır:
– Kulis danışıqlarında İrəvan Ankaranın birinci şərtini qəbul edib: Paşinyanın qərarı bu fikri daha da gücləndirir;
– Tərəflər Paşinyan hakimiyyətini daxildə üzləşə biləcəyi reaksiyanı nəzərə alaraq, rəsmi açıqlamaya "ilkin şərt olmadan" qeydinin daxil edilməsinə razılaşıblar və bu, normallaşma prosesinin davamlı olmasına hesablanıb.
Ermənistan parlamentinin bu gün keçirilən iclasında Türkiyə ilə danışıqlara verilən reaksiya da göstərir ki, Paşinyana müharibədən sonrakı reallıqlar üzrə hərəkət edə bilməsi üçün "şərait yaradılmalıdır".
Asif Nərimanlı, siyasi şərhçi
KONKRET.az

Siyasi       Tarix: 17 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

İlham Əliyev Qazaxıstan dövlət başçısına başsağlığı verdi

Prezident İlham Əliyev Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevə başsağlığı məktubu göndərib. Məktubda deyilir:. "Manqistau vilayətində keçirilən hərbi təlimlər zamanı hərbçilərin həlak olması barəd

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Meloni İlham Əliyevə təşəkkür etdi

İtaliyanın "Eni" şirkətindən sonra Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti (SOCAR) də törəmə şirkəti "Italiana Petroli" (IP) şəbəkəsində benzin və dizel yanacağının qiymət həddini təyin etmək qərarın

Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq

"27 Sentyabr - Anım Günü Azərbaycan xalqının mənəvi yaddaşında xüsusi yer tutan müqəddəs tarixdir. Bu gün Vətən müharibəsində və Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən bütün döyüşlərdə canlarını fəda etmiş şəhidlərimizi

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

İmzalanmış sənədlər Prezidentin iştirakı ilə mübadilə edildi - FOTOLAR

İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində imzalanmış sənədlərin sentyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə mübadiləsi mərasimi olub. xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məluma

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

27 Sentyabr: Zəfərin başlanğıcı və şəhidlərimizin əbədi xatirəsi

27 Sentyabr – Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinin dərin ehtiram və sonsuz minnətdarlıq hissi ilə yad edildiyi gündür. Azərbaycan Prezidenti


yeni xeberler son xeberler azerbaycan xeberleri son xəbərlər sou biznes bu gune olan xeberler son.xeberler