Türkiyə ilə Ermənistan birbaşa ticarəti bərpa edir
Ermənistanla ticarət əlaqələrinin başlanması üçün hazırlıqlar başa çatıb.
azxeber.com xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü Öncü Keçeli "X"-də yazıb.
Onun sözlərinə görə, 2022-ci ildən bəri davam edən Ermənistanla normallaşma prosesi çərçivəsində Türkiyə ilə Ermənistan arasında birbaşa ticarət əlaqələrinin başlanması üçün bürokratik hazırlıqlar mayın 11-də başa çatıb.
XİN rəsmisi qeyd edib ki, iki ölkə arasında sərhədlərin açılması üçün müvafiq işlər hələ də davam edir.
"Yeni qayda sayəsində artıq Türkiyədən üçüncü bir ölkəyə və oradan Ermənistana gedən və ya eyni marşrutdan istifadə edərək gələn malların son təyinat yerini və mənşəyini "Ermənistan/Türkiyə" kimi yazmaq mümkündür.
Cənubi Qafqazda davamlı sülhün və rifahın gücləndirilməsi üçün yaranan tarixi fürsəti nəzərə alaraq, Türkiyə regionun bütün ölkələri və xalqlarının rifahı naminə iqtisadi əlaqələrin inkişafına və əməkdaşlığın daha da gücləndirilməsinə töhfə verməyə davam edəcək", - Öncü Keçeli qeyd edib.

Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK