Türkiyə ilk dəfə Antarktidaya ekspedisiya göndərir: Dəstədə üç məktəbli də var- FOTO
Türkiyə ilk dəfə Antarktidaya ekspedisiya göndərir: Dəstədə üç məktəbli də var- FOTO
"Türkiyəli alimlər Antarktidaya elmi ekspedisiyaya çıxıblar. Onların arasında üç lisey şagirdi də var".
Bu barədə Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank xəbər verib.
O, hazırda Antarktidada 50-dən çox ölkənin tədqiqat mərkəzləri, bazalarının olduğunu deyərək, Türkiyənin indiyə kimi bu işdən kənarda qaldığını vurğulayıb.
"Prezidentimiz "Türkiyə olaraq geridə qala bilmərik" deyərək bizim oraya elmi ekspedisiyamızı başlatmayana qədər o yerlərlə heç birimiz maraqlanmamışıq", - deyə nazir bildirib.
STN rəhbəri orada daimi elmi baza yaratmaq istədiklərini deyib.
"Baxın, orada 50-dən çox dövlətin bazası var, amma onların arasında bir müsəlman ölkəsinin elmi bazası yoxdur. Bax bunu kim edəcək? Allahın izni ilə biz. Elmi ekspedisiyaya gedən alimlər arasında üç orta məktəb şagirdi var. Onlar TÜBİTAK-ın (Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası) qütb araşdırma müsabiqəsində birinci yerə çıxıblar. Biz birinci yerə çıxan lisey şagirdlərini Antarktidaya göndəririk. Onlar orada öz layihələrini sınayacaqlar", - deyə Varank bildirib.


Mənbə: TRT Haber / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR