Türkiyə PA-nın rəsmisi: "Əfqanıstan xalqının yanında olmağa davam edəcəyik
"Əfqanıstan xalqının yanında olmağa davam edəcəyik".
Azxeber.com xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fahrettin Altun söyləyib.
"Türk əsgəri çətin bir tapşırığı uğurla tamamlamağın qüruru ilə evinə qayıdır. Xidmətləri və fədakarlıqları üçün onlara minnətdarıq. Əfqanıstan xalqının yanında olmağa davam edəcəyik. Türkiyə Əfqanıstanda sülh və sabitliyin bərqərar olmasında indiyə qədər çox önəmli vəzifələri üstünə götürüb", - o qeyd edib.
F.Altun Türkiyə ordusunun 2002-ci ildən Əfqanıstanda sülhməramlı əməliyyatda iştirak etdiyini xatırladıb: "Əfqanıstan xalqının silahlı qüvvələrimizə olan sevgisi bölgəyə gedən hər kəs tərəfindən görülməkdədir. Hərbi təyyarələrimizlə bu vaxta kimi 1 129 dinc sakin təxliyə edilib. Türkiyə Liviyadan Azərbaycana, Somalidən Suriyaya və Əfqanıstana qədər "bölgədə hamı təhlükəsizlikdə olana qədər kimsə güvəndə deyildir" inancı ilə insan mərkəzli xarici siyasət yürüdür", - F.Altun bildirib.
Xidmetler [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı