Türkiyə Qırğızıstanın 62 milyon dollardan çox borcunu sildi
Türkiyə Qırğızıstanın 62 milyon dollardan çox xarici borcunu silib.
KONKRET.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə Qırğızıstanın prezidenti Sadır Japarov bildirib.
Türkiyə prezidenti ilə danışıqlardan sonra Japarov ölkələr arasında ticarət dövriyyəsini ildə beş milyard dollara çatdırmağı planlaşdırdığını da açıqlayıb. Bir il əvvəl Qırğızıstanla Türkiyə arasında ixrac-idxal əməliyyatlarının həcmi 1,34 milyard dollar təşkil edib.
Ticarət qaydalarını sadələşdirməklə ticarət dövriyyəsini artırmağın mümkünyünə nümunə olaraq, Japarov Türkiyə tərəfinin Qırğızıstan mallarının bəzi növlərinə güzəştli gömrük tarifləri tətbiq etməsini göstərib.
"Sizdən xahiş edirəm ki, bizim ixrac bazamızı təşkil edən malların kateqoriyaları üçün güzəştli gömrük tariflərinin tətbiqi imkanlarını nəzərdən keçirəsiniz", – Japarov Ərdoğandan xahiş edib.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qırğızıstan lideri ilə görüşmək və iki dövlət başçılarının sədrliyi ilə Strateji Əməkdaşlıq üzrə Ali Şuranın altıncı iclasını keçirmək üçün bazar ertəsi, noyabrın 4-də Bişkekə gəlib. O, həmçinin noyabrın 6-da Türk Dövlətləri Təşkilatının (TDT) sammitində iştirak etmək niyyətindədir.
Qırğızıstan rəhbəri Ərdoğanı respublikanın ali dövlət mükafatı – birinci dərəcəli "Manas" ordeni ilə təltif edib.

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi
Cəmi 3 il evli qala bildilər
Sərhəddə 40 ton dizel yanacağı müsadirə edildi
Müəmmalı ölüm: güllə yarası almış kişinin meyiti tapıldı
Bu qış hansı geyimlər dəbdə olacaq? – 2026-2027-ci ilin əsas trendləri
Gəncədə 34 yaşlı kişi bıçaqlandı
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Bərdədə qadın evində ölü tapıldı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır