Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar

Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallarTürkiyənin F-35 proqramına qayıtması ehtimalı beynəlxalq gündəmin diqqət mərkəzindədir.
Məlumat üçün bildirək ki, Türkiyə 2019-cu ildə Rusiyadan S-400 hava hücumundan müdafiə sistemi aldığı üçün ABŞ tərəfindən F-35 proqramından çıxarılıb və qırıcıların tədarükü dayandırılıb.
Son günlər isə Donald Trampın Türkiyənin F-35 əldə etməsi ilə bağlı məsələnin yenidən nəzərdən keçirildiyini bildirməsi bu mövzunu yenidən gündəmə gətirib.
Bəs ABŞ-ın mövqeyində mümkün dəyişiklik nədən qaynaqlanır və Türkiyənin F-35 proqramına qayıtması nə dərəcədə real görünür?
Mövzu ilə bağlı azxeber.com-a Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general  Yücek Karauz bildirib ki, Trampın bu qərarının müxtəlif səbəbləri ola bilər:
Türkiyə üçün F-35 qapısı yenidən açılır? - Vaşinqtondan diqqətçəkən siqnallar"Birinci səbəb Türkiyənin geostrateji çəkisinin artmasıdır. İkinci səbəb Trampın xarici siyasət yanaşmasıdır. Tramp administrasiyası münasibətləri ideoloji yaxınlıqdan daha çox qarşılıqlı fayda və konkret razılaşmalar əsasında qurmağa meyllidir. Üçüncü səbəb isə Türkiyənin müdafiə sənayesində əldə etdiyi yüksəlişdir. Ankara artıq yalnız ABŞ silahlarının alıcısı deyil. Pilotsuz sistemlər, raketlər, radarlar, döyüş gəmiləri və KAAN milli döyüş təyyarəsi ilə alternativ imkanlar formalaşdırır. Son məlumatlara görə, KAAN üçün istifadə oluna biləcək ABŞ istehsalı F110 mühərriklərinin Türkiyəyə satışı istiqamətində də proses gedir. Bu məsələ F-35 danışıqlarından hüquqi baxımdan ayrı olsa da, siyasi baxımdan münasibətlərdəki ümumi yumşalmanın göstəricisidir".
Yücel Karauz qeyd edib ki, hazırkı vəziyyətdə qərarın artıq verildiyini söyləmək tezdir:
"ABŞ-ın Türkiyənin F-35 proqramına qayıtmasına yenidən yaşıl işıq yandırması ehtimalı təkcə silah satışı məsələsi deyil. Bu, daha geniş geosiyasi sövdələşmənin, yəni S-400 probleminin həlli, CAATSA sanksiyalarının yumşaldılması, Türkiyənin NATO daxilində rolunun gücləndirilməsi və ABŞ-Türkiyə münasibətlərinin strateji əsasda yenidən qurulmasının bir hissəsi ola bilər. Hazırkı vəziyyətdə isə qərarın verildiyini demək tezdir. Donald Tramp administrasiyasından müsbət siyasi siqnallar gəlsə də, ABŞ Konqresində Türkiyənin F-35 proqramına qayıtmasına qarşı ikipartiyalı müqavimət qalır. Hüquqi və siyasi maneənin mərkəzində isə S-400 məsələsi dayanır".
Politoloq hesab edir ki, bu qərar reallaşarsa, Türkiyə-ABŞ münasibətlərində struktur xarakterli dönüş baş verə bilər:
"2019-cu ildən sonra yaranmış etimadsızlıq mərhələsi tədricən başa çata və münasibətlər yenidən strateji tərəfdaşlıq modelinə yaxınlaşa bilər. Hərbi baxımdan Türkiyənin F-35 əldə etməsi onun hava qüvvələrinin transformasiyasını sürətləndirər. Regional səviyyədə isə bu qərar Şərqi Aralıq dənizi və Egey hövzəsində hava qüvvələri balansına təsir göstərəcək. Yunanıstan və İsrail bu prosesi diqqətlə izləyəcək. Moskva baxımından isə bu, Türkiyənin Qərbin müdafiə ekosisteminə daha sıx bağlanması kimi qiymətləndirilə bilər. Buna görə də Rusiya S-400 məsələsində mümkün hər hansı formulun öz siyasi və kommersiya maraqlarına təsirini ayrıca qiymətləndirəcək".
Fəridə Əsədzadə

Siyasi       Tarix: 07 iyul 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir

Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan Moskva səfər edəcək. KONKRET.azaxaraz-a istinadən əbər verir ki, bu barədə müvafiq qərarı Ermənistanın Baş naziri Nikol Paşinyan imzalayıb. "Ermənistan Təhlükəsizli

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

İran səfirindən Azərbaycanla bağlı açıqlama

Bu gün dünyada cinayətkarlığa qarşı ancaq bir dövlət və ya hökumətin ərazisində mübarizə aparıla bilməz. report-a istinadla xəbər verir ki, bu fikirləri İranın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Müctəba Dəmirçil

"Ramiz Mehdiyev dövlət idarəçiliyində "qara dəlik" rolunu oynayıb" - Deputatdan sərt açıqlama

Xəbər verdiyimiz kimi, Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev 14 il müddətinə azadlıqdan məhrum edilib. Bu barədə oktyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsi hökm çıxarıb. R.Mehdiyevin yaşı və xəstəliklər

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Prezident İlham Əliyev 'FIFA U-15 World Cup and Festival'ın final matçını izləyib, mükafatlandırma mərasimində iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 30-da Bakı Kristal Zalında "FIFA U-15 World Cup and Festival"ın final matçını izləyib. xəbər verir ki, final görüşündə Çexiya və İspaniya komandalar

Oktyabr ayında mediada ən fəal deputatlar məlum oldu - SİYAHI

2026-cı ilin oktyabr ayında Azərbaycan Milli Məclisinin deputatlarının mediada fəallıq göstəriciləri məlum olub. xəbər verir ki, "MediaTrends" platformasının təqdim etdiyi statistikaya əsasən, siyahıya deputat Zahi


azerbaycan xeberleri son xeberler yeni xeberler son xəbərlər azərbaycanda ən son xeberler son.xeberler son xəbər