"Türkiyə və Ermənistan nümayəndələrinin ilk görüşü Moskvada keçiriləcək" - Çavuşoğlu
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib ki, Türkiyə və Ermənistan nümayəndələrinin münasibətlərin normallaşdırılması üçün ilk görüşü Moskvada keçiriləcək.
KONKRET.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
"İlk görüş Moskvada olacaq", – deyə M.Çavuşoğlu 2021-ci ilin yekunlarına dair mətbuat konfransında bildirib.
Türkiyə XİN başçısı qeyd edib ki, bu təklifi Ermənistan tərəfi irəli sürüb.
Bundan əvvəl Ermənistan parlamentinin vitse-spikeri Ruben Rubinyan Türkiyə ilə münasibətlərin normallaşdırılması üzrə xüsusi nümayəndə vəzifəsinə təyin edilib.
Türkiyə tərəfdən isə bu vəzifəni ölkənin ABŞ-dakı keçmiş səfiri Sərdar Kılıç icra edəcək.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı