Türkiyə vətəndaşları üçün Azərbaycana viza tələbinin ləğvi turistlərin artmasına necə təsir edəcək?
Türkiyə vətəndaşları üçün Azərbaycana viza tələbinin ləğvi turistlərin artmasına necə təsir edəcək?
"Ümid edirik ki, Türkiyə vətəndaşları üçün Azərbaycana viza tələbinin ləğv olunması türkiyəli turistlərin artmasına xeyli təsir edəcək. Ölkələrimiz arasında turizm münasibətlərinin inkişafında qarşılıqlı turist mübadiləsinin artması bizim üçün önəmlidir".
Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev fevralın 10-da Azərbaycan-Türkiyə turizm işçi qrupunun 1-ci iclasında çıxış edərkən bildirib. O, normal şərtlər altında Bakıda baş tutmalı olan işçi qrupu görüşünün pandemiya səbəbindən videokonfrans formatında keçirildiyini qeyd edib.
Agentlik sədri bildirib ki, iki qardaş ölkə arasında iqtisadi, siyasi, həmçinin strateji tərəfdaşlıq münasibətlərində turizmin də payı mövcuddur və bu payın getdikcə artması üçün bu sahə üzrə ikitərəfli əlaqələr inkişaf etdirilməlidir.
2019-cu il ərzində Azərbaycandan Türkiyəyə bir milyona yaxın, Türkiyədən Azərbaycana 200 mindən çox turistin gəldiyini qeyd edən Türkiyənin Mədəniyyət və Turizm nazirinin müavini Nadir Alpaslan turizm sahəsində əməkdaşlığın artırılması istiqamətində atılacaq addımlar kimi qarşılıqlı məlumat və təcrübə mübadiləsinin, eləcə də aviauçuşların sayının artırılmasının, qarşılıqlı investisiya qoyuluşlarının stimullaşdırılmasının, birgə layihələrin keçirilməsinin önəmini vurğulayıb.
"Azərbaycan haqqında türkiyəli turistlər arasında məlumatlılığın artırılması üçün bu ölkənin Türkiyədə tanıtım nümayəndəliyinin açılması çox önəmlidir" - deyə nazir müavini qeyd edib.
Videokonfrans formatında baş tutan iclasının gündəliyinə pandemiya dövründə turizm sahəsinin inkişafı istiqamətində Azərbaycan və Türkiyə tərəfindən görülən işlər, turizm sahəsində qarşılıqlı investisiya və birgə layihələrin rolu, təhsil və təlim məsələləri üzrə təcrübə mübadiləsi, turizm və rəqəmsallaşma kimi mövzular daxil edilib.
İclas çərçivəsində 2021-ci ildə Türkiyədə Azərbaycanın turizm nümayəndəliyinin açılması və müvafiq dəstək tədbirlərinin görülməsi imkanları müzakirə edilib. /oxu.az
Turlar.az [newsid: 0-123300]

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var