Türkiyə yenə dünyanın diqqət mərkəzində: Düşmənə "göz dağı" verən, Azərbaycanın isə gücünə-güc qatan möhtəşəm addım

Türkiyə yenə dünyanın diqqət mərkəzində: Düşmənə "Hava hücumundan müdafiə sistemlərinin yaradılması hücumların qarşısının alınmasına yönəlib. Ona görədə, Türkiyənin bu istiqamətdəki uğurları bizi sevindirir. Azərbaycan Türkiyə ilə müttəfiqdir və qardaş ölkənin müdafiə sənayesinin yeni imkanları həm də bizim gücümüzə güc qatacaq".   
Bu fikirləri "KONKRET.az"a açıqlamasında politoloq Oqtay Qasımov səsləndirib. O bildirib ki, Türkiyənin son illər müdafiə sənayesi qabiliyyətini artırması sevindirici haldır".
Türkiyə yenə dünyanın diqqət mərkəzində: Düşmənə "Türkiyə müdafiə sənayesini gücləndirməklə öz ordusnun tələbətanın xaricdən asılılığını 80-dən 20 faizə qədər endirib. Bu, çox böyük göstəricidir. Artıq Türkiyənin bu istiqamətdə ixracı 6 milyard dolları keçib və qardaş ölkə ilk onluğa daxil olub. Bildiyiniz kimi, Türkiyənin hava hücumundan müdafiə sistemləri NATO-ya bağlı idi. Türkiyənin hava sahəsi daha çox "F-16″larla qorunurdu. Amma Suriya böhranı başlanandan sonra 2015-ci ildə bu ölkənin qırıcıları və Rusiyanın hərbi təyyarələri bir neçə dəfə Türkiyənin hava məkanını pozdu. Bu, Türkiyə üçün təhdidlər yaradırdı. Ona görə də, rəsmi Ankara NATO və ABŞ-a "Patriot" hava hücumundan müdafiə sistemlərinin verilməsini isədi. Amma NATO tərəfdaşları bir batereya göndərib sonra onu geri çəkməklə Türkiyəni riskli vəziyyətlə üz-üzə qoydular. ABŞ-la bu sövdələşmə baş tutmadığından qardaş ölkə özünün hava hücumundan müdafiə sistemlərini yaratmağa başladı. Hazırda qurulan "Polad Qübbə" sistemi bir neçə qatlı, yaxın, orta və uzaqmənzilli raketləri qarşılamaq qabiliyyətinə malik olan və müasir texnologiyanın bütün yeniliklərini özündə birləşdirən sistemdir".
Politoloqun sözlərinə görə, bu sistemlərin yaradılması İsrailə və ya digər ölkələrə qarşı deyil:
"Hava hücumundan müdafiə sistemlərinin yaradılması hücumların qarşısının alınmasına yönəlib. Ona görədə, Türkiyənin bu istiqamətdəki uğurları bizi sevindirir. Azərbaycan Türkiyə ilə müttəfiqdir və qardaş ölkənin müdafiə sənayesinin yeni imkanları həm də bizim gücümüzə güc qatacaq. Çünki Azərbaycan ordusunun hazırda istifadə etdiyi silah və hərbi texnikanın əhəmiyyətli hissəsi həm də Türkiyədən tədarük edilir. Bu baxımdan Türkiyənin hərbi sənayesinin çox müxtəlif istiqamətlərdə atdığı addımlar həm qardaş ölkənin regional güc kimi imkanlarını artırır, həm də Ankaraya qarşı müxtəlif mərkəzlərin planlarını pozur. Bu baxımdan belə bir sistemin yaradılması Türkiyənin uğuru olmaqla yanaşı, onun güc və imkanlarını artırmağa yönələn hadisədir".
Müşviq Tofiqoğlu
KONKRET.az

Siyasi       Tarix: 01 noyabr 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

ABŞ-ın İranla bağlı NÜVƏ PLANI var? – Pərdəarxası məqamlar

ABŞ-ın noyabr ayında İrana nüvə zərbəsi endirə biləcəyi ilə bağlı iddialar beynəlxalq ictimaiyyətdə ciddi narahatlıq yaradıb. Xüsusilə Yaxın Şərqdə hərbi-siyasi gərginliyin artdığı bir vaxtda belə bir ssenarinin gündəmə gətirilməs

Pakistan prezidenti İlham Əliyevi təbrik etdi

Pakistan Prezidenti Asif Əli Zərdari Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb. məktubun mətnini təqdim edir:. "Zati-aliləri. Zəfər Günü münasibətilə Zati-alinizə və qardaş Azərbaycan xalqına Pakista

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Azərbaycan QHT-ləri İranın Azərbaycandakı Səfirliyinə imzaladıqları açıq məktubu təqdim edib

Bu gün bir qrup QHT nümayəndəsi İranın Azərbaycandakı Səfirliyinə gələrək Prezident Məsud Pezeşkiana oktyabrın 26-da ünvanladıqları Açıq Məktubu Səfirliyə təqdim ediblər. Səfirlik nümayəndələri sənədi qəbul ediblər. QHT təmsilçilər

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Belçikanın baş naziri istefa verdi

Belçika Baş naziri Bart De Vever hökumətin istefasını Kral Filipə təqdim edib. axaraz-a istinadən xəbər verir ki, bu barədə ölkə mediası məlumat yayıb. Məlumata görə, istefaya 2027-ci il büdcəsi ilə bağlı koalisiya danışıqlarını

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Estoniyanın XİN başçısı noyabrın sonunda Azərbaycana səfər edəcək

Estoniyanın xarici işlər naziri Marqus Tsahkna ölkəsinin Bakıdakı yeni səfirliyinin rəsmi açılış mərasimində iştirak etmək üçün noyabrın sonunda Azərbaycana səfər edəcək. xəbər verir ki, bunu Marqus Tsahkna bildirib. "Tərəfdaşlığımızı

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal xeber metbuat xeberleri xeber son xeberler azerbaycan