Türkiyədən Əliyev-Mişel-Paşinyan görüşü ilə bağlı BƏYANAT - FOTO
Türkiyə Xarici İşlər Nazirliyi Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel arasında keçirilmiş üçtərəfli görüşlə bağlı bəyanat yayıb.
KONKRET.az xəbər verir ki, rəsmi sənəd nazirliyin sosial şəbəkə hesabında paylaşılıb.
Bəyanatda bildirilib ki, Türkiyə tərəflərin razılığa gəlməsindən məmnundur, sülhün, sabitliyin formalaşması və davamı üçün əlindən gələn dəstəyi verməkdə davam edəcək.
Bəyanatın tam mətnini təqdim edirik:
"Azərbaycan Prezidenti İlham Əliyev ilə Emənistan baş naziri Nikol Paşinyan Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin ev sahibliyi ilə Brüsseldə gerçəkləşdirilən görüş nəticəsində iki ölkənin xarici işlər nazirlərinə sülh müqaviləsinin hazırlanmasına başlanılması barədə təlimat verilməsi və iki ölkə arasında aprel ayının sonuna qədər birgə sərhəd kommissiyası yaradılması barədə razılaşdırılmadan məmnunluq duyuruq. Türkiyə Cümhuriyyəti regionda sülh və sabitliyin formalaşması üçün səyləri dəstəkləməkdə və səylərə fəal dəstək verməkdədir".
Vəsilə İbrahim,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

İmişlidə zavodda GÜCLÜ YANĞIN - FOTO
Gəncədə yol qəzası - xəsarət alanlar var - Foto
Rusiyanın hücumu: Azərbaycanlı həlak oldu
Kiyev bazarına dron hücumu-Kürdəmir sakini həlak oldu
Azərbaycan XİN-in rəhbər heyəti Zəfər parkını ziyarət edib
Mahir Məmmədov yenidən vitse-prezident seçildi
"Gələcək nəsil Qarabağda yaşananları bilməlidir
"Zəfəri xatırlayarkən onun bədəlini unutmamalıyıq" – Polkovnik-leytenant
"Anım Günü yasla qürurun bir araya gəldiyi gündür" – Deputat
Vuçiç istefa verdi
Deputat: "Azərbaycan dövləti öz qəhrəmanlarını unutmayacaq
Prezident və birinci xanım Bakıdakı Zəfər parkında olub - FOTOLAR
Ərdoğan: Qarabağ Azərbaycan torpağıdır, əbədi olaraq belə də qalacaq
Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti