Türkiyə–Ermənistan hava yolunun açılması Zəngəzur dəhlizinə necə təsir göstərəcək? - DETALLAR

Türkiyə–Ermənistan hava yolunun açılması Zəngəzur dəhlizinə necə təsir göstərəcək? - DETALLAR"Türk Hava Yollarının İstanbul–İrəvan arasında müntəzəm uçuşlara başlaması ilk növbədə Türkiyə–Ermənistan münasibətlərində normallaşma xəttinin praktik mərhələyə keçdiyini göstərən addımdır. Bu qərar hava nəqliyyatı səviyyəsində iki ölkə arasında uzun illər mövcud olmuş izolyasiyanın yumşaldıldığını ortaya qoyur və regional kommunikasiyaların açılması mövzusunda psixoloji baryerləri azaldır. Hava əlaqəsinin bərpası ticarət, turizm və insanlararası təmasları artırmaqla yanaşı, Ermənistanın regiondan kənarda qalma siyasətinin davamlı olmadığını da nümayiş etdirir".
Bu fikirləri politoloq Züriyyə Qarayeva KONKRET.az-a açıqlamasında səsləndirib.
"Lakin bu prosesin Zəngəzur dəhlizi müzakirələrinə birbaşa texniki təsiri məhduddur. Çünki Zəngəzur dəhlizi hava nəqliyyatı yox, quru nəqliyyatı, tranzit təhlükəsizliyi, hüquqi status və regional logistik balans məsələsidir. Bununla belə, dolayı təsir imkanları mövcuddur. Türkiyə–Ermənistan hava əlaqəsinin açılması regionda kommunikasiyaların mərhələli şəkildə bərpa oluna biləcəyini göstərir və Ermənistanın regional nəqliyyat şəbəkələrinə inteqrasiyasını labüd edən bir fon yaradır. Bu fonda İrəvanın Zəngəzur dəhlizi ilə bağlı uzunmüddətli tam bloklayıcı mövqeni qoruması getdikcə daha çətin görünür".
Türkiyə–Ermənistan hava yolunun açılması Zəngəzur dəhlizinə necə təsir göstərəcək? - DETALLARPolitoloq qeyd edir ki, digər tərəfdən, Ermənistan bu hava əlaqəsini alternativ kimi təqdim etməyə və Zəngəzur dəhlizi mövzusunda manevr imkanlarını genişləndirməyə də cəhd göstərə bilər.
"Yəni "kommunikasiyalar açılır, amma yalnız bizim şərtlərlə" yanaşması ön plana çıxa bilər. Buna baxmayaraq, regional reallıq ondan ibarətdir ki, Zəngəzur dəhlizi yalnız Azərbaycan üçün deyil, Türkiyə, Ermənistan və bütövlükdə Cənubi Qafqaz üçün strateji iqtisadi və nəqliyyat imkanları yaradır. Bu baxımdan İstanbul–İrəvan uçuşları dəhlizi əvəz edən yox, əksinə, regionda açıq kommunikasiyaların qaçılmaz olduğunu göstərən siyasi və psixoloji zəmin formalaşdıran amil kimi dəyərləndirilməlidir".
Aynurə İsmayıl
KONKRET.az

Siyasi       Tarix: 23 dekabr 2025
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb

Azərbaycanın Baş naziri Əli Əsədovun Gürcüstana işgüzar səfəri başa çatıb. xəbər verir ki, Əli Əsədovu Tbilisi Beynəlxalq Hava Limanından Gürcüstanın Baş nazirinin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvil

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Xidməti maşından şəxsi maraqlar üçün istifadə - Qadağan olunur

Vəzifəli şəxslərin xidməti maşınlarından istifadəsi ilə bağlı qanunvericiliyə dəyişiklik olunur. Bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu və Müdafiə, təhülkəsizlik və korrupsiya ilə mübaizə komitəsinin bu gü

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

Türk generalın Bakıda səhvi... - Türk yazar açıqladı

Türkiyəli tanınmış araşdırmaçı-yazar Qalib Türkmən Qarabağ məsələsi barədə maraqlı bir faktı açıb. -a istinadla xəbər verir ki, o, 2007-ci ildə Azərbaycana təşkil edilən bir səfərdə şahidi olduğu hadisəni bölüşüb. Q.Türkmə

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd


azerbaycan xeberleri son xeberler yeni xeberler xeber.az 2026 xeberler bu qun bu gune olan xeberler havanın temperaturu