Türkiyəli müşahidəçilər: "Bəzi ölkələr Azərbaycandan dərs almalıdır

Türkiyəli müşahidəçilər: "Bəzi ölkələr Azərbaycandan dərs almalıdırTürkiyəli müşahidəçilər: "Bəzi ölkələr Azərbaycandan dərs almalıdır"
Türkiyə Böyük Millət Məclisinin (TBMM) Müşahidə Missiyasının üzvləri Azərbaycanda fevralın 9-da keçirilən parlament seçkiləri ilə bağlı rəylərini açıqlayıblar.
Report xəbər verir ki, missiya üzvləri bu barədə Azərbaycandakı parlament seçkilərinin gedişatı ilə bağlı keçirdikləri mətbuat konfransında məlumat veriblər.
TBMM-nin Müşahidə Missiyasının üzvü, Türkiyə-Azərbaycan Dostluq Qrupunun rəhbəri Şamil Ayrım bildirib ki, Azərbaycan vətəndaşları öz istədikləri namizədlərə səs verərək onları qalib ediblər:
"Biz seçkilərdə qalib gələn namizədləri təbrik edirik. Eyni zamanda, qalib gəlməyən namizədləri də cəsarətlərinə görə təbrik edirəm. Azərbaycan xalqına isə seçkilərdə fəallıq nümayiş etdirdikləri görə təşəkkür edirəm".
TBMM-in üzvü Orhan Erdem deyib ki, seçki günündə müşahidəçilər iki qrupa ayrılaraq Bakı və Sumqayıt şəhərlərində prosesi izləyiblər:
"Seçki məntəqələrində heç bir polis, əsgər və rəsmi geyim forması geyən bir şəxs görmədim. Bu da insanlara bir rahatlıq verirdi. Seçkilər Azərbaycan xalqına xeyirli olsun. Məlumdur ki, Azərbaycanda çox layiqli gənclər yetişir və namizədlərin siyahısında gənclərin sayının çox olmasından məmnunuq".
TBMM-in üzvü Yunus Kılıç bildirib ki, Azərbaycanda keçirilən seçkilərdə türkiyəli müşahidəçilər həmişə iştirak ediblər:
"Seçkiyə hazırlıq dövründə də müəyyən işlərlə tanış olmuşuq. Hesab edirəm ki, namizədlərin sayının çox olması, 20-yə yaxın partiyanın seçkidə iştirakı seçkinin obyektiv və rəqabətli şəraitdə keçdiyini deməyə əsas verir.
Eyni zamanda, seçki məntəqələrində kameraların olması, müşahidəçilərin prosesin istənilən yerdən izləyə bilməsi, seçicilərin istənilən kabinədə səs verə bilməsi çox gözəl haldır. Əslində, Azərbaycanın seçkiyə çox sayda beynəlxalq müşahidəçi dəvət etməsi onun açıq ölkə olduğunu, hər şeyin şəffaf olduğunu göstərir.
Məntəqələrdə heç kim heç kəsin işinə qarışmırdı, amma hər kəs prosesi müşahidə edə bilirdi. Namizədlərin seçkiyə qədər ev-ev gəzərək özlərini tanıdıblar. Burada da bir demokratik davranış var".
TBMM-in üzvü İbrahim Aydemir Azərbaycanın Türkiyə üçün çox dəyərli ölkə olduğunu xüsusi vurğulayıb:
"Burada proseslərin normal keçməsi bizi sevindirir. Biz seçkilərdə də ancaq Azərbaycanın iftixar duya biləcəyi bir şərait gördük. Bəzi ölkələr Azərbaycandan dərs almalı, mənfi baxışlarını kənara qoymalıdırlar".
TBMM-in üzvü Uğur Bayraktutan məntəqələrdə kameraların olmasını, seçicilərin sərbəst səs verə bilməsini, polislərin məntəqələrdə olmamasını çox müsbət hal kimi dəyərləndirib:
"Biz daha bir uğur qazanan Azərbaycanı tərk edərək Türkiyəyə geri dönəcəyik. Azərbaycanın yolu uğurlu olsun". /oxu.az

Siyasi       Tarix: 10 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

İlham Əliyev AQEM Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Prezident İlham Əliyev "Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması" mövzusunda AQEM (Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə) Media Forumunun iştirakçılarına müraciət ünvanlayıb

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Putindən Azərbaycana qadağa: zərər görəcəyik?

Rusiya sentyabrın 29-dan fiziki şəxslərin Azərbaycana 1 milyon rubldan, yəni təxminən 20 min manatdan artıq nağd pul çıxarmasını qadağan edib. Hüquqi şəxslər və fərdi sahibkarlar üçün isə məhdudiyyət məbləğdən asılı olmayara

Cənubi Koreyadan Ukraynaya sərt xəbərdarlıq: "Üzr istəməsəniz, tədbir görəcəyik!"

Cənubi Koreya Prezidenti Li Çje Myon Ukraynanı Şimali Koreya hərbçilərinin Cənubi Koreyaya təhvil verilməsi zamanı məxfiliklə bağlı razılaşmanın mövcud olduğunu açıq şəkildə etiraf etməyə və üzr istəməyə çağırıb. Əks halda

Kamran Əliyev: "Bu şəxslərə layiqli cəzalar verilib

Azərbaycanlılara qarşı müharibə cinayəti törədən şəxslərə məhkəmələr tərəfindən layiqli cəzalar verilib. xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev Azərbaycan Prokurorluğunun yaradılmasının 108-ci ildönümü və prokurorlu

Rusiya S-400 raketlərinin Türkiyədən dost ölkəyə köçürülməsinə icazə verdi

Türkiyədən Rusiyaya dost ölkəyə S-400-lərin köçürülməsi ehtimalı gündəmdədir. KONKRET.azapa-ya istinadən xəbər verir ki, bunu Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, bu istiqamətdə müvafiq işlə

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib

Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısı təyin olunan Hacıbaba Adil oğlu Babayev bu gün Azərbayca

Türkiyə Mosul yaxınlığındakı hərbi bazanı İraqa təhvil verəcək

Türkiyə Mosul yaxınlığındakı Başika-Zilkan hərbi bazasını İraqa təhvil verəcək. KONKRET.azxəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, İraq hökumətinin Sincarda təhlükəsizliyi

Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işləri və Böyük Qayıdış Proqramının icrası uğurla davam etdirilir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğ


yeni xeberler azerbaycan xeberleri son xeberler az xeber hava haqqinda cəbhədən son xeber kriminal