Türkiyəli mütəxəssisdən tövsiyə: "Gəlin, maşınlarımızı yumaq əvəzinə silək
Türkiyəli mütəxəssisdən tövsiyə: "Gəlin, maşınlarımızı yumaq əvəzinə silək"
Oktyabr ayında Türkiyə ərazisində yağıntılar uzun illərin orta göstəricisi ilə müqayisədə azalıb.
Bu barədə meteorologiya sahəsi üzrə türkiyəli mütəxəssis Deniz Demirhan məlumat verib.
Deniz Demirhan bu səbəbdən baş verə biləcək quraqlığın qarşısının alınması üçün suya qənaətin əhəmiyyətini vurğulayıb və bəzi tövsiyələr verib.
"Suyumuzdan daha qənaətlə istifadə etməyin yollarını tapmalıyıq. Yağış sularından mütləq faydalanmalıyıq. Yeni tikiləcək binalarda yağış sularının yığılıb saxlanılması olduqca vacibdir. Bundan əlavə, kranlardan damcılayan sular səbəbindən böyük su itkisi ilə qarşılaşırıq. İlk növbədə evlərimizdə suyun damdığı kranları təmir etdirməliyik. Bağ sahələrinin suvarılması bir az məhdudlaşdırılmalıdır. Evdə dişlərimizi fırçalayarkən suyu axa-axa qoymamaq, qabyuyan maşınımız tam dolu olduqda işə salmaq, paltaryuyan maşınımızı da eyni şəkildə ən maksimumuna çatdırıb sonra işə salmaq lazımdır. Maşınlarımızı yumaq əvəzinə silmək daha faydalıdır. Xalçalarımızı yumaq əvəzinə silmək daha faydalı olacaq. Yəni sudan mümkün qədər az istifadə etmək və qənaət etmək çox vacibdir", - deyə mütəxəssis qeyd edib.
Mənbə: Haber Global / oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR