Türkiyəli qadın 40 il əvvəl şiddət gördüyü ərindən əvəz çıxır: "Artıq əlimə düşmüsən..." - FOTO

Türkiyəli qadın 40 il əvvəl şiddət gördüyü ərindən əvəz çıxır: Türkiyəli qadın 40 il əvvəl şiddət gördüyü ərindən əvəz çıxır: "Artıq əlimə düşmüsən..." - FOTO
Türkiyədə vaxtilə əri tərəfindən şiddətə məruz qalan, indi isə həyat yoldaşının xəstələnməsindən sonra bunun əvəzini çıxan qadının hekayəsi gündəm olub. Məlumata görə, şizofreniya xəstəsi olan atalarına rəftara dözə bilməyən övladlar onun qəyyumluğunun analarından alınması üçün məhkəməyə müraciət ediblər.
Analarının atalarını vecinə almadığını, onları daim təhqir etdiyini, bəzi daşınmaz əmlaklardan kirayə gəlirləri ilə yanaşı, pensiyasının da daxil olduğu əmlaklarını ədalətsiz idarə etdiyini bildirən Halil Özdemir və iki bacısı məhkəmədə altı iddia qaldırıblar.
Hadisə Adanada baş verib. 
Bildirilir ki, özünün dördmərtəbəli evində yaşayan dörd uşaq atası 67 yaşlı Cabbar Özdemirin qəyyumluğu 10 il əvvəl həyat yoldaşı, 57 yaşlı Güngör Özdəmirə verilib. İddiaya görə, həyat yoldaşı ilə ciddi fikir ayrılığı olan Güngör Özdemir Cabbar Özdemiri evin birinci mərtəbəsindəki baxımsız mənzilə yerləşdirib və ona ancaq yemək verməklə kifayətlənir.
Analarından qəyyumluğun bir an əvvəl alınaraq onlara verilməsini və ya lazım gələrsə, dövlətə keçməsini istəyən 42 yaşlı Halil Özdemir anasının mütəmadi olaraq atasına psixoloji təzyiq etdiyini deyib:
"Biz buna qarşı olduğumuz üçün anam bizə də düşmənçilik edir. Biz anamın evinin birinci mərtəbəsində yaşayırıq. Uşaqlarım eyvana çıxanda onların başına su tökür, onlara ayaqqabı atır, söyüş söyür".
H.Özdemirin sözlərinə görə, anası atasının ona qarşı 40 il əvvəl göstərdiyi şiddəti xatırladır və qisas alır:
"Anam keçmişi xatırladaraq, onunla pis rəftar edir, "artıq əlimə düşmüsən, bundan sonra sənə nə edəcəyimi bilirəm" kimi sözlər deyir. Ən qısa zamanda tədbir görülməsini istəyirik. Əslində, anam ürəyi yumşaq insandır, amma məncə, o, artıq yaxşı düşünə bilmir və müalicə olunmalıdır", - deyə oğlu bildirib.
Güngör Özdemir isə iddialarla bağlı açıqlama verməyib.
Türkiyəli qadın 40 il əvvəl şiddət gördüyü ərindən əvəz çıxır: Türkiyəli qadın 40 il əvvəl şiddət gördüyü ərindən əvəz çıxır: Türkiyəli qadın 40 il əvvəl şiddət gördüyü ərindən əvəz çıxır: Türkiyəli qadın 40 il əvvəl şiddət gördüyü ərindən əvəz çıxır: Mənbə: Haber Global / oxu.az

Maraqlı       Tarix: 08 noyabr 2023
f Paylaş

Oxşar xəbərlər

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO

Rəssam Cavid Həsənli: "Mənim üzərimdə, sən demə, təcrübə aparırmışlar" - MÜSAHİBƏ + FOTO. "Mən 23 yaşıma qədər evdən çıxmırdım. Ev şəraitinə öyrəşmişdim. Rahatlığımı pozmurdum. Ancaq keçmişdə ilişib qalma

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR

İmtahandan əvvəl yaddaşı gücləndirən QİDALAR. Son elmi araşdırmalara görə, tərkibində yüksək şəkər olan şirniyyatlar müvəqqəti olaraq enerjini artırsa da, yekun nəticədə konsentrasiyanı azalda bilər. Yaddaş və konsentrasiyan

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul


azerbaycan xeberleri son xeberler yeni xeberler son.xeber krimnal bugun sonxəbər en son xeberleri