Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi

Türkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdiTürkiyəli seysmoloq İstanbulda güclü zəlzələ ilə bağlı qorxulu proqnoz verdi
İstanbulda dağıdıcı zəlzələlər barədə hakimiyyət orqanlarını dəfələrlə xəbərdar edən türkiyəli aparıcı seysmoloq Naci Görür metropolda 7,6 bal gücündə təkanların olacağını proqnozlaşdırıb.
Bu barədə o, yerli telekanalların birində canlı yayım zamanı danışıb.
"Biz İstanbulda 7,2 bal, maksimum 7,6 bal gücündə zəlzələ gözləyirik. Bu zəlzələlərdən birini Adalar qırıq xəttində, digərini isə bu çatla birləşən Kumburgazda gözləyirik. Bu qırılmaların hər ikisi birlikdə "parçalansa", 7,5 bal gücünə çata bilər. Lakin Kumburgaz çatı 7,2 bal gücündə zəlzələlər yarada bilər", - deyə o xəbərdarlıq edib.
Bu iki qırılmanın kilidləndiyini və bir gün qırılacağını vurğulayan Görür, hər iki qırılmanın birlikdə qopması halında zəlzələnin maqnitudasının 7,5-ə çata biləcəyini sözlərinə əlavə edib.
Seysmoloq ölkənin cənub-şərqində Kahramanmaraşda dağıdıcı zəlzələlər ola biləcəyi barədə xəbərdarlıq edərkən reaksiya verilməməsindən şikayətlənib.
"Kahramanmaraş zəlzələsi ilə bağlı hayqırırdıq, amma heç kim qulaq asmadı. İndi qorxuruq ki, tarix təkrar yaşansın. Yenə eyni şeyi deyirik: bir gün hər şey bitəcək. Mərmərə sahilinə yaxın yerlər ən böyük zəlzələ şiddətinə məruz qalacaq. Bu neçədir? 9 bal gücündə", - deyə professor bildirib.
Mənbə: milligazete.com.tr / oxu.az

Maraqlı       Tarix: 27 aprel 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı

Ən güclü maqnit qasırğasının nə qədər davam edəcəyi açıqlandı. Mayın 10-da başlayan güclü maqnit qasırğasının gözlənilən müddəti ən azı iki gün olacaq. Bu barədə Rusiya Elmlər Akademniyasının Günəş-Yer Fizikası İnstitutunu

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz? - HƏKİM MƏSLƏHƏTİ. "Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". Bunu rusiyalı otorinolarinqolo

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO

Günəşdə nəhəng ləkə peyda oldu - FOTO. Günəşdə nəhəng ləkə peyda olub. Bu barədə alimlər xəbərdarlıq ediblər. Bildirilib ki, "AR3664" adlandırılan günəş ləkəsi hazırda o qədər böyüyüb ki, Yerdən 15 dəfə genişdir

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v


yeni xeberler son xeberler azerbaycan xeberleri maşın realiti şou xəbər az sonxeber.az son xeberler bugun 2026 canli