TÜRKPA Baş katibi Qazaxıstanın xarici işlər naziri ilə görüşüb
TÜRKPA Baş katibi Ramil Həsənin rəhbərlik etdiyi nümayəndə heyəti Qazaxıstanın paytaxtı Astana şəhərində bu ölkənin xarici işlər naziri Yermek Koşerbayevlə görüşüb.
Yermek Koşerbayev Ramil Həsəni baş katib kimi fəaliyyətə başlaması münasibətilə təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb.
Baş katib Ramil Həsən səmimi qəbula görə minnətdarlığını bildirib, TÜRKPA-nın gələcək fəaliyyəti barədə məlumat verib.
Görüşdə assambleya çərçivəsində əməkdaşlığa dair fikir mübadiləsi aparılıb, Türk Dövlətləri Təşkilatının cari ilin oktyabr ayının 7-də Qəbələdə keçirilmiş 12-ci Zirvə görüşünün yekunları müzakirə edilib.
Yermek Koşerbayev bu Zirvə görüşünün nəticələrinin TÜRKPA çərçivəsində birgə layihələrin həyata keçirilməsinə töhfə verəcəyini qeyd edib. O, Qazaxıstanın türk dövlətləri arasında əməkdaşlığın parlamentlər səviyyəsində gücləndirilməsinə böyük əhəmiyyət verdiyini vurğulayıb.
Baş katib Ramil Həsəni müavinləri - Talqat Aduov, Muhammet Alper Hayali və komissiya katibi Aynurə Abutalıbova müşayiət edib. / azxeber.com
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib