"Twitter" Maskın başını bəlaya saldı: Milyarderə qarşı federal təhqiqat başladı
"Twitter" Maskın başını bəlaya saldı: Milyarderə qarşı federal təhqiqat başladı
Amerikalı iş adamı İlon Mask "Twitter"in alınması ilə bağlı davranışına görə federal orqanlar tərəfindən istintaq altındadır.
Bu barədə məhkəmə sənədlərindən aydın olur.
Qeyd edilir ki, şirkət artıq bir neçə aydır Maskın vəkillərinə sahibkarın federal hakimiyyət orqanları ilə yazışmalarını tələb edən sorğu göndərib, lakin mesajlar hələ də təqdim edilməyib. Hesab olunur ki, sözügedən ismarışlar bu məhkəmə prosesində əsas məsələlərə aydınlıq gətirə bilər, ona görə "Twitter" bu sənədlərdə israrlıdır.
Xatırladaq ki, "Twitter"in investoru Cüzeppe Pampena Maskı sosial şəbəkənin səhmlərinin qiymətləri ilə manipulyasiya etdiyinə görə məhkəməyə verib. İnvestor əmindir ki, Mask oktyabrın əvvəlində "Twitter"i alma proseslərini bərpa etməyə razılaşıb, bu da əslində onun bu müddət ərzində müqavilədən çıxmaqla bağlı dediklərinin blef olduğunun etiraf etməsidir. O, iddia edir ki, Maskın fırıldaqçı və qeyri-qanuni fəaliyyəti sosial şəbəkənin səhmlərini çökdürüb, şirkətin investorlarına zərər verib, eyni zamanda amerikalı milyarderin danışıqlar mövqeyini yaxşılaşdırıb.
Mənbə: Bloomberg / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR