Üç ölkə liderinin görüşü planlaşdırılır? - Peskov AÇIQLADI
"Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Qarabağ üzrə sazişlərin qəbulunun ildönümü ilə bağlı heç bir təmas planlaşdırılmır".
Publika.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov bildirib.
Peskov jurnalistlərin sualını cavablandırarkən "Bu gün bu məsələ ilə bağlı heç bir görüş planlaşdırılmır" deyib.
O qeyd edib ki, Moskva ilə Bakı və İrəvan arasında əlaqə müxtəlif səviyyələrdə və müstəsna olaraq müntəzəm şəkildə aparılır.
"Üçlüyün görüşünə gəlincə, nə vaxtsa belə bir razılaşma əldə olunarsa, sizə məlumat verəcəyik. Hazırda konkret anlaşma yoxdur", - Peskov əlavə edib.
O, həmçinin bəyan edib ki, bir il əvvəl Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı imzaladığı sazişlər İrəvan və Bakı üçün son dərəcə əhəmiyyətlidir: "Biz bir il öncəki sənədləri həm Azərbaycan, həm də Ermənistan üçün son dərəcə əhəmiyyətli sənəd kimi qiymətləndiririk. Bu, müharibəni dayandırmağa və regional iqtisadiyyatın və infrastrukturun sülh yolu ilə inkişafı yoluna çıxmağa imkan verdi. Bilirsiniz ki, Rusiya sülhməramlıları öz funksiyalarını yerinə yetirir, təhlükəsizliyi təmin edir, atəşkəs rejiminə nəzarət edir. Ona görə də imzalanmış sənədlərin əhəmiyyətini təbii ki, dəyərləndirməmək olmaz".
Akqabay /publika.az

Lukaku millidəki karyerasını başa vurdu
Minimum maaşla bağlı müjdə: 100 manat artım
Andorra - Azərbaycan oyunu: Millimiz hesabı açdı
"PAŞA Holding"in dəstəyi ilə Azərbaycan xalçaları Bolqarıstanda nümayiş olunub
Manatın taleyi ilə bağlı mühüm qərar – Mərkəzi Bank hərəkətə keçir
Dünya liderlərinin hesablarına kiberhücumların arxasında kim dayanır? - AÇIQLAMA
Qanlı Gölün ətrafı dəyişir – Yenidənqurma işlərinə start verildi
Birbank hərbçilər üçün nağd kreditdə 5%-dək güzəşt təqdim edir
FT: Şirkətlər süni intellekt bumunun azalması fonunda 4,2 trilyon dollar itiriblər
Bu şəxslərə böyük güzəşt – Xərcləri dövlət qarşılayacaq
Bakıda obyekt yanır
Bakıda polis əməkdaşı vəfat etdi
Sürücü infarkt keçirdi, mikroavtobus dənizə düşdü
Qara dənizdə yük gəmisi batdı: 4 azərbaycanlı xilas edildi
Mağazada qiymət göstərməyənlər cərimələnəcək