Üçrəngli bayrağımızın şanlı tarixi

Üçrəngli bayrağımızın şanlı tarixi"Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin." – Ulu Öndər Heydər Əliyev
Qürur mənbəyimiz, dövlət rəmzlərimizdən biri olan Dövlət Bayrağımız1918-ci il noyabrın 9-da Cümhuriyyət Hökumətinin iclasında qəbul edilib. 1920-ci ilin aprelində Cümhuriyyətin süqutundan sonra endirilən üçrəngli bayrağımız 70 il sonra - 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyanın qərarı ilə Naxçıvan Muxtar Respublikasında yenidən ucaldılıb. Bundan bir qədər sonra - 1991-ci il fevralın 5-də Azərbaycan Ali Sovetinin qərarına əsasən həmin üçrəngli bayraq dövlət bayrağı kimi qəbul olunub. Həmin il oktyabrın 18-də "Azərbaycan Respublikasının dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı ilə Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərini, o cümlədən Dövlət Bayrağını bərpa edib. 2004-cü il iyunun 8-də "Azərbaycan Respublikası Dövlət Bayrağının istifadəsi qaydaları haqqında" Azərbaycan Respublikasının Qanunu ilə bu sahədə qanunvericilik bazası təkmilləşdirilib.
Nəhayət 1991-ci il oktyabrın 18-də Azərbaycan dövlət müstəqilliyini elan etdi. Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin varisi kimi onun dövlət rəmzlərinə, o cümlədən Dövlət Bayrağına sahib çıxdı.
Bayrağımızın rəngləri istiqlal ideologiyanın üç təməl prinsipini özündə ehtiva edir. Dövlət Bayrağındakı üç rəngin ifadə etdiyi və XX əsrin əvvəllərindəki milli istiqlal ideologiyamızın üç təməl prinsipini təşkil edən "Türkçülük, müasirlik və islamçılıq" düsturunun müəllifi görkəmli Azərbaycan mütəfəkkiri Əli Bəy Hüseynzadədir. Üç rəngli bayrağımız bizim azadlıq məfkurəsinə, milli-mənəvi dəyərlərə və ümumbəşəri ideallara sadiqliyimizi nümayiş etdirir.
Ulu öndər Heydər Əliyev Dövlət Bayrağımızı səciyyələndirərək deyirdi: "Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir. Ona görə də gərək hər bir Azərbaycan vətəndaşı, xüsusən gənc nəsil bunu dərk etsin, qiymətləndirsin".
Bayraq millətimizin, dövlətimizin şərəf və ləyaqətinin ifadəsidir. Azərbaycan xalqının milli düşüncəsində bayrağa xüsusi münasibət tarix boyu özünü qabarıq göstərib, bayraq xalqımızın milli mövcudluq nişanəsi sayılıb. Bu gün hər bir azərbaycanlı Dövlət Bayrağına böyük hörmət və ehtiramla yanaşır.
Prezident cənab İlham Əliyev hər zaman dövlət rəmzlərinə yüksək dəyər verir. Üçrəngli bayrağımızın müstəqil Azərbaycanın simvolu, xalqımızın qürur mənbəyi olduğunu vurğulayan dövlətimizin başçısı deyir: "Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir".
Dövlət Bayrağı respublikamızın dövlət qurumlarının və diplomatik nümayəndəliklərinin binaları üzərində ucalır, mühüm beynəlxalq tədbirlər, mötəbər mərasimlər və məclislərlə yanaşı, irimiqyaslı ictimai-siyasi toplantılarda, mədəni tədbirlərdə və idman yarışlarında qaldırılaraq milli birliyi təcəssüm etdirir.
Bu gün Azərbaycanın Dövlət Bayrağı ölkəmizin bütün ərazisində qürurla dalğalanır. 2020-ci ildə Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu işğal altındakı torpaqlarımızı düşmən işğalından qurtararaq ərazi bütövlüyümüzü bərpa edib. Azərbaycan əsgəri bayrağımızı 28 il həsrətində olduğumuz Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı, Şuşa şəhərlərində, Hadrut, Mincivan, Ağbənd qəsəbələrində, Suqovuşanda, işğaldan azad olunmuş 200-dən çox kənddə ucaldıb. Dövlət Bayrağı Gününə ən böyük müjdə isə 2020-ci ildə verildi. Prezident cənab İlham Əliyev 2020-ci il noyabrın 8-də - Dövlət Bayrağı Günü ərəfəsində üçrəngli bayrağımızın Şuşada ucaldıldığını xalqımıza bəyan etdi. Bundan sonra yüz minlərlə insan əllərində Azərbaycan Bayrağı küçələrə çıxaraq Şuşa Zəfərinin sevincini paylaşdı. Şuşanın 28 ildən sonra düşmən tapdağından qurtarılması Bayraq Günü ilə bir vaxta təsadüf etdi. Şuşaya bayrağımızın sancıldığı 2020-ci ilin 8 noyabr günü Azərbaycan tarixinə əbədi həkk olunacaq. Bu şanlı səhifəni tariximizə Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev yazdı.
2023-cü il sentyabrın 19-da rəşadətli Ordumuzun Qarabağda başlatdığı lokal xarakterli antiterror tədbirlərinin qısa müddətdə öz müsbət nəticəsini verməsi, qarşıya qoyulan hədəflərə cəmi 24 saatda nail olunması Azərbaycanın növbəti tarixi Qələbəsidir. Bu, bir daha göstərir ki, Azərbaycan regionda prosesləri diktə edən tərəfdir, sülh və sabitliyin əsas təminatçısıdır. Bu, eyni zamanda, Prezident İlham Əliyevin qətiyyəti, müdrik və uzaqgörən siyasətinin məntiqi nəticəsi, dövlətimizin başçısının ətrafında "dəmir yumruğ"a çevrilmiş xalqımızın daha bir tarixi Zəfəri oldu. Azərbaycanın Qarabağ bölgəsində yerləşən Ermənistan silahlı qüvvələrinin birləşmələrinin, qeyri-qanuni erməni silahlı dəstələrinin silahı yerə qoyması, döyüş mövqelərindən və hərbi postlardan çıxması və tərk-silah olunması, separatçı rejimin özü-özünü buraxması, eyni zamanda, paralel şəkildə bütün silah-sursat və ağır texnikanın təhvil verilməsi ilə bütün ölkə ərazisində suveren hüquqlarımız tam və qəti şəkildə bərqərar oldu.
Daha bir tarixi an isə 2023-cü il oktyabrın 15-də - dövlətimizin başçısı cənab İlham Əliyevin Prezident seçilməsinin 20 illiyində yaşandı. Prezident İlham Əliyev Xankəndi, Ağdərə, Xocavənd, Xocalı şəhərlərində, Əsgəran qəsəbəsində Dövlət Bayrağımızı ucaltdı. Bu qürurverici hadisəni bütün Azərbaycan xalqı böyük sevinclə izlədi.
Ötən il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi paradda Dövlət Bayrağımızın nümayiş etdirilməsi tariximizin şanlı səhifələrinə əbədi həkk olundu.
Hazırda düşmənin darmadağın etdiyi şəhərlərin və kəndlərin bərpası sürətlə davam etdirilir, Böyük Qayıdış çərçivəsində böyük addımlar atılır. İşğaldan azad olunmuş ərazilərə həyat yenidən qayıdır: infrastruktur obyektləri ilə paralel olaraq, yaşayış kompleksləri, məktəb binaları tikilib istifadəyə verilir, yenilərinin təməli qoyulur. Bütün bunlar Böyük Qayıdışın geniş perspektivindən xəbər verir. Artıq Qarabağda və Şərqi Zəngəzurda 30 minə yaxın insan məskunlaşıb və bu rəqəm sürətlə artmaqdadır. Yaxın üç ildə bu ərazilərə 140 min insanın köçürülməsi planlaşdırılır.
Bütün bu zəfərlər fonunda Azərbaycan xalqı Dövlət Bayrağı Gününü tamam başqa əhvali-ruhiyyədə, böyük sevinc və qürurla qeyd edir.
Elxan Quliyev, Əməkdar müəllim / azxeber.com

Siyasi       Tarix: 09 noyabr 2024
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Avropada 1,6 trilyon avroluq büdcə davası – liderlər razılaşa bilmirlər

Avropa İttifaqının liderləri Brüsseldə keçirilən sammitdə 2028-2034-cü illər üçün yeni yeddi illik büdcə barədə razılığa gələ bilməyiblər. xarici mediaya istinadla xəbər verir ki, Almaniya kansleri Fridrix Merts danışıqları

Azərbaycan və Çin arasında ədliyyə sahəsində əməkdaşlıq genişləndirilir

Azərbaycan Respublikasının ədliyyə naziri Fərid Əhmədovun rəhbərlik etdiyi nümayəndə heyəti noyabrın 23-25-də Çin Xalq Respublikasına səfər edib. Səfər çərçivəsində Azərbaycanın ədliyyə naziri ilə Çin Xalq Respublikasını

Türkiyə BU ÖLKƏLƏRLƏ birgə hərbi qərargah yaradır — Detallar açıqlandı

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı birgə hərbi ştabın yaradılması ilə bağlı mühüm razılığa gəliblər. xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Hakan Fidan məlumat verib. Nazirin sözlərinə görə, üç ölk

Putin Rusiyaya artıq heç nə təklif edə bilmir: yalnız müharibə, yoxsulluq və ümidsiz gələcək

Putin Rusiyasında təkcə pul, texnologiya və müttəfiqlər tükənmir. Bu ölkədə gələcəyə dair təsəvvürün özü də yoxa çıxır. Hakimiyyətdə olduğu təxminən dörddəbir əsr ərzində Vladimir Putin Rusiyaya səfərbərlik, repressiya, təbliğa

Geosiyasi dahinin böyük uğurları: Rusiyanı bu vəziyyətə salmaq üçün əsl istedad lazımdır

Etiraf etmək lazımdır: 25 il mütləq hakimiyyətdə qalmaq, neft pullarının dibsiz dənizində üzmək və bütün bunların sonunda adambaşına düşən nominal ÜDM-i Çili səviyyəsinə, hətta Kosta-Rikadakından da aşağı həddə endirmək üçü

"Axşam nazir Ceyhun Bayramovla birlikdə "Sabah"a azarkeşlik edəcəyəm"

Bu axşam "Sabah" futbol klubuna azarkeşlik edəcəyik. KONKRET.azxəbər verir ki, bunu Litvanın xarici işlər naziri Kestutis Budris Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramovla birgə mətbuat konfransında deyib. Nazi

Özbəkistana vəsiqə ilə gedib istədiyimiz qədər qalacağıq

Azərbaycan və Özbəkistan parlamentləri arasında 2027–2028-ci illəri əhatə edən "Yol xəritəsi" imzalanıb. Sənəd iki ölkə arasında parlamentlərarası əməkdaşlığın yeni istiqamətlərini müəyyənləşdirməklə yanaşı, müttəfiqli

Kəlbəcər: Möhtəşəm təbiəti və zəngin sərvətləri ilə seçilən diyar

Azərbaycanın zəngin təbiəti, əzəmətli dağları və təbii sərvətləri ilə seçilən Kəlbəcər ölkəmizin ən yüksək dağ rayonudur. Kiçik Qafqazın qoynunda yerləşən rayon özünəməxsus relyefi, zəngin flora və faunası, sıx meşələri

Estoniyalı nazir: Azərbaycanlı tələbələrin ölkəmizdə oxumasını istəyirik

"Estoniya azərbaycanlı tələbələrin ölkənin ali təhsil müəssisələrində təhsil almasını, eləcə də estoniyalıların Azərbaycana səfərlərinin artmasını istəyir". xəbər verir ki, bu sözləri Estoniyanın xarici işlər nazir


azerbaycan xeberleri yeni xeberler son xeberler siyaseti xeberler bugun xeber.az hava haqqinda son xeberler bugun