UEFA, AFC və CONCACAF-dan İnfantinoya sərt reaksiya

UEFA, AFC və CONCACAF-dan İnfantinoya sərt reaksiyaUEFA, Asiya Futbol Konfederasiyası (AFC) və Şimali, Mərkəzi Amerika və Karib hövzəsi Futbol Konfederasiyası (CONCACAF) FIFA rəhbərliyinə birgə məktub göndərib.
KONKRET.az apa-ya istinadla xəbər verir ki, məktubda futbolun idarə olunmasında şəffaflıq, etimad və düzgün idarəçilik prinsiplərinə əməl olunmasına çağırış edilib.
Bildirilib ki, son 10 ildə futbolun inkişafı hər hansı bir şəxsin deyil, FIFA, konfederasiyalar, milli assosiasiyalar və minlərlə futbol əməkdaşının birgə səylərinin nəticəsidir. Onlar genişləndirilmiş turnirlərin keçirilməsi, 2030 və 2034-cü illər dünya çempionatlarının ev sahiblərinin müəyyənləşdirilməsi və milli assosiasiyalara ayrılan resursları kollektiv qərarların nəticəsi kimi qiymətləndiriblər.
Məktubda vurğulanıb ki, məsələ maliyyə ilə bağlı deyil. Konfederasiyalar FIFA-nın mövcud böyük maliyyə ehtiyatlarının milli assosiasiyaların inkişafına daha məsuliyyətli şəkildə yönəldilməsini dəstəklədiklərini bildiriblər.
Əsas narazılıq isə FIFA Dünya Kuboku ilə bağlı kommersiya marağının satılması təklifinin hazırlanması və təqdim edilməsi prosesi ilə əlaqələndirilib. UEFA, AFC və CONCACAF hesab edir ki, belə bir təklif milli assosiasiyalarla lazımi məsləhətləşmələr aparılmadan, qısa müddət ərzində və onların sənədləri tam nəzərdən keçirməsinə imkan verməyən vaxt çərçivəsində irəli sürülüb.
"Bu, sadəcə olaraq ünsiyyətdə yol verilmiş səhv deyil, nəzarəti məhdudlaşdırmaq məqsədi daşıyan yanaşmanın nəticəsidir", – məktubda qeyd olunub.
Konfederasiyalar FIFA-nın hadisələrlə bağlı hesabatı özünün hazırlamasını da tənqid edib. Onların fikrincə, belə ciddi məsələnin araşdırılmasını tam müstəqil üçüncü tərəf aparmalıdır. FIFA administrasiyasının, əməkdaşlarının və ya futbolun digər maraqlı tərəflərinin araşdırmada rol almaması tələb olunur.
Məktubda həmçinin FIFA-nın Mərakeşdə keçirilən rəhbərlik toplantısı ilə bağlı məlumatına diqqət çəkilib. Bildirilib ki, həmin görüşdə yalnız bir seçilmiş vəzifəli şəxs iştirak edib, FIFA Şurasının üzvləri və milli assosiasiyalar toplantıya dəvət olunmayıb.
Konfederasiyalar belə yanaşmanın futbolun idarə olunmasında hesabatlılıq və şəffaflıqla bağlı ciddi suallar doğurduğunu vurğulayıblar.
Məktubun sonunda futbolun gücünün onun birliyində olduğu bildirilib və "futbola xidmət edən, ona hökm etməyə çalışmayan rəhbərlik" çağırışı edilib.
Birgə məktubu AFC prezidenti Salman bin İbrahim Al Xəlifə, CONCACAF prezidenti Viktor Montalyani, UEFA prezidenti Aleksander Çeferin, həmçinin üç konfederasiyanın baş katibləri imzalayıblar.

İdman       Tarix: 10 avqust 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

"Mahiri komandanın lideri olacağına inandırıblar" - Ayxan Abbasov

"Bizi qarşıda 4 oyun gözləyir. Milli səviyyəsində ilk dəfədir qısa vaxtda ardıcıl 4 oyun olacaq". KONKRET.azxəbər verir ki, bu sözləri Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov Tacikistanla keçiriləcə

"Formula-1": Azərbaycan Qran-prisinin qalibi mükafatlandırıldı

Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin qalibi mükafatlandırılıb. Fəxri kürsünün ilk pilləsində "Mersedes"in britaniyalı pilotu Corc Rassell yer alıb. "Red Bull"dan niderlandlı Maks Ferstappe

"Fənərbağça" rəqibini darmadağın etdi – Tarixi hesab

Türkiyə Super Liqasının 6-cı turunda "Fənərbağça" doğma meydanda "Eyüpspor"u qəbul edib. xəbər verir ki, matç İstanbul təmsilçisinin böyükhesablı qələbəsi ilə başa çatıb. "Fənərbağça" rəqibini

Premyer Liqa: VI tura bu gün iki oyunla yekun vurulacaq

Bu gün Misli Premyer Liqasının 6-cı tura yekun vurulacaq. xəbər verir ki, son oyun günündə iki görüş keçiriləcək. "Şamaxı" "Araz-Naxçıvan"ı, "Kəpəz" isə "Sumqayıt"ı qəbul edəcək

"Qarabağ"ı tərk edən Koxalskidən ölkəmiz haqqında xoşagəlməz sözlər

"Qarabağ"ın sabiq polşalı qolkiperi Mateuş Koxalski ölkəsinin "Vyeçista Krakov" klubuna keçidindən sonra Azərbaycan futbolunun ünvanına kəskin fikirlər səsləndirib.   -a istinadən xəbər verir ki, təcrübəl

Azərbaycan kubokunun püşkü atıldı

Bu gün futbol üzrə Azərbaycan kubokunun püşkatma mərasimi keçirilib. KONKRET.azxəbər verir ki, püşkü Peşəkar Futbol Liqasının Texniki-idman direktoru Elgiz Abbasov və Azərbaycan millisinin sabiq futbolçusu Qara Qarayev çəkiblər

"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı

"Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilib. xəbər verir ki, birinci sərbəst yürüş saat 12:30-da başlayıb. Bu gün əsas pilotların ikinci sınaq yürüşü də gerçəkləşəcək. Xatırladaq ki, Bakıdakı Qran-pr

Yuri Maksimov yenidən Azərbaycanda: Bu klubla anlaşdı

Ukraynalı mütəxəssis Yuri Maksimov karyerasını yenidən Azərbaycanda davam etdirməyə yaxındır. -a istinadla xəbər verir ki, bu barədə Ukraynanın bir neçə media qurumu məlumat yayıb. Bildirilib ki, 57 yaşlı mütəxəssis "Araz-Naxçıvan"ı

"Formula-1": Rəsmi yarış cədvəli açıqlandı

Bakıda keçiriləcək "Formula-1" üzrə Azərbaycan Qran-prisinin yarış həftəsinin rəsmi cədvəli açıqlanıb. xəbər verir ki, Bakı Şəhər Halqasında baş tutacaq yarış həftəsi sentyabrın 24-də başlayacaq. Yarış proqramın


azerbaycan xeberleri yeni xeberler son xeberler en son xəbərlər bugün idman xeberleri son xeberler 2026 son xeber az