Ukrayna Azərbaycana öz yeraltı qaz anbarlarından istifadə etməyi təklif etdi
Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi Ukraynanın yeraltı qaz anbarları hesabına təmin edilə bilər. Bu qaz anbarlarını Azərbaycan qazı ilə doldurmaq olar.
KONKRET.az-ın məlumatına görə, bunu Ukraynanın energetika nazirinin müavini Yaroslav Demçenko deyib.
Onun sözlərinə görə, bunun üçün Kiyev və Bakı "Cənub Qaz Dəhlizi" kəmərinin tikintisi üçün birgə səylər göstərməli olacaq.
Y.Demçenkov bildirib ki, Azərbaycan Ukraynanın mühüm strateji tərəfdaşıdır. Üstəlik, enerji hər iki dövlətin inkişaf etdirmək niyyətində olduğu əsas sahədir. Bakı Ukraynanın yeraltı qaz anbarlarından istifadə təklifini qəbul edərsə, bu, bütün Avropa qitəsinin enerji təhlükəsizliyini xeyli artıracaq.
Nazir müavini qeyd edib ki, Ukraynada nəhəng yeraltı qaz anbarlarının istifadəsi Azərbaycandan Aİ-yə qaz tədarükünü artırmağa və regiona təbii qaz tədarükünün etibarlılığını daha da gücləndirməyə kömək edə bilər.
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
39 yaşlı qadın bıçaqlandı: qardaşı saxlanıldı
Minlərlə rus 5 ölkəyə girəcək – Siyahıda Azərbaycan da var