"Ukrayna döyüşdə üstünlüyü ələ alacaq, Rusiya imperiya kimi məhv olacaq" - ŞOK AÇIQLAMA
Rusiya və Ukrayna nümayəndə heyətləri arasında İstanbulda danışıqlar başlayacaq. Bəs görəsən, bu danışıqlardan gözləntilər nədir? Ümumiyyətlə, müharibənin aqibəti necə olacaq?
Mövzunu KONKRET.az-a politoloq Əhəd Məmmədli şərh edib:
"Rusiya və Ukrayna arasında ciddi atəşkəs sazişinin imzalanacağı gözlənilən deyl. Çünki hər iki tərəfin tələbi maksimaldı. Rusiya işğal etdiyi ərazilərin onun torpağı kimi tanınmasını istəyir. Bu ərazilərdən ukrasynalıların tamamilə çıxarılmasını tələb edir. Amncaq bu, real deyil. Ukrayna isə əksinə, Rusiyaya işğal etdiyi əraziləri boşaltmağı tələb kimi irəli sürür. Ancaq bu da gerçəkləşən tələb deyil. Çünki Rusiya işğal etdiyi ərazilərdən çıxmayacaq. Ona görədə ciddi bir güzəştlərin olacağına inanmıram. Danışıqlar baş tutacaq. səhəri gün isə tərəflər yenidən silahlı mübarizəni davam etdirəcəklər. Ukraynada hələlik hakimiyyət xalqı nəzarətdə saxlayıb və buna görə də müqavimət göstərə bilir. Rusiya isə digər üsullarla nəsə etməyə çalışır".
Politoloqun sözlərinə görə, hələlik cəbhədə üstünlük Rusiya tərəfindədir:
"Rusiya digər ölkələri cəlb etməyə çalışır. Çünki insan resursu tükənmək üzrədir. Məsələ ondadır ki, ruslar vuruşmurlar. Putin isə risk edib onları qurbana çevirmək istəmir. Digər "qara" millətləri döyüşə cəlb edir. Fikrimcə, Ukrayna ABŞ-dan dəstəyi davamlı ala bilsə və dirəniş göstərsə, Rusiya üçün çətin olacaq. Sonda isə üstünlük ümumiyyətlə Ukrayna tərəfinə keçəcək və Rusiya imperiya kimi dağılacaq. Düşünürəm ki, gedişat bu nəticəyə gətirib çıxara bilər".
Müşviq Tofiqoğlu
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO
Azərbaycanlı həkim İrandakı xəstəxanada vəfat etdi
"Neftçi" "Şamaxı"ya qalib gəldi - "Kəpəz" "İmişli"yə qarşı