Ukrayna Gürcüstana Saakaşviliyə görə NOTA VERDİ
Ukraynanın Xarici İşlər Nazirliyi (XİN) Mixeil Saakaşvilinin Tbilisidəki 18 saylı Qldani cəzaçəkmə müəssisəsinin xəstəxanasına köçürülməsi ilə bağlı Gürcüstann xarici siyasət idarəsinə rəsmi nota göndərib.
Publika.az xəbər verir ki, bu barədə XİN məlumat yayıb.
Sənəddə bildirilib ki, Ukrayna tərəfi bu barədə məlumatlandırılmayıb.
Ukrayna tərəfi Gürcüstan hakimiyyətini M.Saakaşvilini mülki xəstəxanaya yerləşdirməyə çağırıb.
"Ukrayna vətəndaşı Mixeil Saakaşvilinin penitensiar tibbi müəssisədə qalması əlavə risklər və gərginlik yaradır. Humanitar düşüncəni rəhbər tutaraq bunlara yol verməmək olar. XİN və Ukraynanın Gürcüstandakı səfirliyi Mixeil Saakaşvilinin ətrafındakı vəziyyəti xüsusi nəzarətdə saxlamaqda davam edir", - XİN-nin bəyanatında deyilir. ("Report")
Xidmetler [newsid: 0-123300]

Masazırda iki qadını qətlə yetirməkdə şübhəli bilinən şəxs SAXLANILDI
İran təhlükəsi: Ukrayna bu ölkələrə yardım edir
ABŞ lideri məyus olub: İsrail Trampın hədiyyəsini vermədi
Hizbullahla toqquşma: 10 İsrail əsgəri yaralandı
TƏCİLİ: Pezeşkian Trampa ŞƏRT QOYDU: "Bunu etməsəz danışıqlar olmayacaq"
Samir Oruc vəzifəsindən AYRILDI
"Həyatım o qədər maraqlı keçir
Qoca Səmədovun oğlu azadlığa buraxıldı
Elçin Əmirbəyov 'CNN Prima News'a müsahibə verib
Xalq artistinin oğlu ABŞ pasportu aldı
Tacir Şahmalıoğlu övladının toy tarixini açıqladı
"İnsanların qeyri-etik davranışlarının səbəbləri çoxşaxəli və mürəkkəbdir
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrıldı
Riki Martin Kişinyovda konsert verəcək
Azərbaycan XİN: Minatəmizləmə işlərində geniş beynəlxalq dəstəyin göstərilməsinə təcili ehtiyac var