Ukrayna-Rusiya müharibəsinin Azərbaycan turizminə təsiri olacaqmı? – Ekspertdən ÖZƏL AÇIQLAMA

Ukrayna-Rusiya müharibəsinin Azərbaycan turizminə təsiri olacaqmı? – Ekspertdən ÖZƏL AÇIQLAMADövlət Turizm Agentliyinin sədrinin müşaviri Kənan Quluzadə bildirib ki, bu il Azərbaycana gələn turistlərin sayının ötən illə müqayisədə 50% artacağını və turizm sənayemizin pandemiyadan əvvəlki vəziyyətinə qayıdacağını gözləyirik. Bununla belə, o, regionda gedən proseslərə görə, proqnoza müəyyən korrektələrin olunacağını istisna etməyib.
Maraqlıdır, Ukraynada baş verən müharibə Azərbaycana gələn turistlərin sayına necə təsir edəcək?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını turizm üzrə ekspert Ruslan Quliyev cavablandırıb.
O bildirib ki, pandemiya ilə bağlı tətbiq olunan məhdudiyyətlərin aradan qalxması ilə bu sektor dirçəlməyə başlayıb:
"Turizm elə bir sahədir ki, burada yeniliklər və dəyişikliklər sürətlə baş verir. Dünyada gedən bütün proseslər bu sahəyə öz təsirini dərhal göstərir. Düzdür, bütün böhranlar yeni imkanlardır. Bu mənada regionda baş verən müharibə turizmə də öz təsirini göstərəcək. Ona görə də, hazırkı vəziyyətdə turizm sektoru yeniliklərə hazır olmalıdır. Çeşidli təkliflər irəli sürülməlidir. Körfəz ölkələrindən, Uzaq Şərqdən Ukraynaya gedə bilməyən şəxslər artıq Azərbaycana üz tutacaq. Burada istər sağlamlıq, istər turizmin digər sahələri ilə bağlı Azərbaycan ən prioritet bazar ola bilər".
Ekspert əlavə edib ki, müxtəlif ölkələrdən Azərbaycana turist axını gözlənilir:
"Hazırda 87 ölkə ilə gediş-gəlişin açılması turizm sektorunda ajiotaj yaradıb. Ölkələr arasında ikitərəfli gediş-gəlişlə bağlı məhdudiyyətlər aradan qaldırıldıqdan sonra bu ölkələrdən müxtəlif sorğular gəlir. Hindistan, Pakistan və Körfəz ölkələrindən turistlərin Azərbaycana axını gözlənilir. Bu mənada artıq turizm sektoru pandemiyadan sonra yavaş-yavaş bərpa olunmağa başlayır. Lakin qeyd etdiyim kimi, buna hazır olmaq lazımdır".
Şəbnəm Mehdizadə,
KONKRET.az

Sosial       Tarix: 04 mart 2022
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə


son xeberler yeni xeberler azerbaycan xeberleri xeberlər son xeberler azerbaycan son xabarlar valyuta mezenesi